Bizi sosial şəbəkələrdən izləyin:
İnsanlar ev şəraitində alma sirkəsindən mədə ağrısı, arıqlamaq, damar təmizlənməsi üçün istifadə edirlər. Alma sirkəsinin bir çox probləmləri aradan qaldırdığına inanılır. Bəs həkimlər nə deyir?
Moderator.az teleqraf.com-a istinadla xəbər verir ki, kardioloq Üzeyir Rəhimov insanlarda alma sirkəsi və bunun kimi bəzi maddələrin damar açıcı, orqanları bəsləyici, yeniləyici xüsusiyyətləri olan miflərin olduğunu deyir:
“Dadı olmayan kiçicik bir dərman yerinə hər cür qoxulu maddələri məmnuniyyətlə qəbul edirlər. Bu cür qida əlavələri ən çox bizim kimi ölkələrdə istifadə edilir, amma və əfsuslar ki, dünyada ürək-damar xəstəliyinin ən çox olduğu coğrafiyayıq. Bu cür üsulların reklamı ürək xəstələrinin dərmanları kəsməsinə səbəb olur ki, bu da onları ya öldürür, ya da ağırlaşdırır. Qaydasında istifadə edilən hər bir şey faydalıdır, amma türkəçarə damarı açmaz və ürəyi düzəltməz. Alma sirkəsinin yeməkdən sonra qəbulu şəkər miqdarını azaldır”.
Həkimin sözlərinə görə alma sirkəsinin ürək damarlarını açdığı haqqında heç bir elmi əsas yoxdur:
“Əksinə, qədərsiz istifadə edilən alma sirkəsinin bəzi zərərləri var. Ağızdan qəbul olunduğu üçün dişlərin mina təbəqəsinin sovrulmasına, zədələnməsinə səbəb olur. Sirkə daha çox antiseptik təmizləyici maddə olaraq istifadə edildiyi üçün çox miqdarda istifadə edilməsi qida borusunda və mədədə yaralara yol açır. Şəkər xəstələrində bağırsaq iflicinə səbəb olur. Sümüklərdə ərimələrə gətirib çıxarır. Bunun üçün yeməklərdə və salatlarda istifadəsi faydalı olsa da damaraçıcı təsiri yoxdur".