“İİV-ə müayinə olaq, sağlam olaq” adlı layihəyə start verilir
Sağlamlıq
1070
14 Jun 2024 | 20:39

“İİV-ə müayinə olaq, sağlam olaq” adlı layihəyə start verilir

 
Özəl Tibb Müəssisələri Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, 
“İİV-ə müayinə olaq, sağlam olaq” adlı layihəyə start verilir.
 
Əhalinin İİV (İnsanın İmmunçatışmazlığı Virusu), QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında məlumatlandırılması eyni zamanda Özəl tibb müəssisəsində Könüllü Müayinə və Məsləhətləşmə (KMM) xidmətinin yaradılması, Özəl tibb müəssisəsilərində Könüllü Müayinə və Məsləhətləşmə (KMM) otağının yaradılması, həmin otaqda çalışan tibb işçiləri üçün metodiki tövsiyələr və təlimlər vasitəsilə tibb işçiləri üçün maarifləndirmə təlimlərin təşkili layihənin qarşıya qoyduğu əsas məqsədlərdən biridir. 
Layihə zamanı bir çox müəssisələrlə əməkdaşlıq ediləcək. Belə ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Mediland Hospital, Baku Medical Plaza , Respublika Müalicəvi Diaqnostika Mərkəzi, Liv Bona Dea Hospital, Mәlhәm Beynəlxalq Hospitalı hər biri layihənin həyata keçirilməsi istiqamətində öz dəstəklərini əsirgəməyəcəklər. 
Qeyd edək ki, İİV QİÇS-ə səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir. Dünyada İİV-lə yaşayan insanların sayı 37.7 milyon, bu səbəbdən dünyasını dəyişənlərin sayı isə 36.3 milyondur. 2020-ci ildə İİV-ə 1.5 milyon yeni yoluxma və bu səbəbdən 680 min isə ölüm halı qeydə alınıb.
Link kopyalandı!
Son xəbərlər