Bizi sosial şəbəkələrdən izləyin:
"Yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiq olunacağını gözləyirik".
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev "Bakı Ürək Günləri" 8-ci Beynəlxalq Konqresində deyib.
O bildirib ki, yeni xidmətlər zərfində ürək-damar xəstəliklıri ilə bağlı bir sıra yeni xidmətlər də yer alacaq.
"Ötən il icbari tibbi sığorta zərfi çərçivəsində 34 mindən çox ürək-damar cərrahiyəsi həyata keçirilib. Bu ilin ilk 3 ayında isə bu rəqəm 5 mini ötüb", - Z.Əliyev vurğulayıb.