“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ
1902
14 Feb 2026 | 16:47

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

İngiltərənin “Tottenhem” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Moderator.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta İqor Tüdor təyin olunub.

London təmsilçisi 47 yaşlı xorvatiyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, fevralın 11-də uğursuz nəticələrə görə Tomas Frankı istefaya göndərən "Tottenhem" hazırda çətin dövrünü yaşayır. İngiltərə Premyer Liqasında keçirdiyi son 17 oyundan yalnız ikisində qələbə qazanan komanda 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər