Autizm xəstəliyi nədir, əlamətləri və yaranma səbəbləri... - MÜSAHİBƏ
Sağlamlıq
Oxunub: 4062
31 Mar 2023 | 15:20
Autizm xəstəliyi nədir, əlamətləri və yaranma səbəbləri... - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlardan danışıb. O bildirib ki, bu qrup uşaqlar xüsusi diqqət və qayğı tələb edirlər. 

Aytən Cabbarovanın Səhiyyə Nazirliyinin rəsmi saytına verdiyi müsahibəni təqdim edirik:

- Aydan xanım, autizm xəstəliyi nədir və yaranma səbəbləri hansılardır?

- Autizm spektr pozuntusu (ASP) sosial qarşılıqlı münasibətlər və sosial ünsiyyət təşəbbüsü və dəstəklənməsində daimi çatışmazlıq yaşanması, həmçinin bir sıra məhdud, təkrarlanan və dəyişməyən maraq və davranış modeli ilə xarakterizə olunur. Pozuntular inkişaf dövründə, adətən erkən uşaqlıq vaxtı başlayır, lakin sosial tələbatlar məhdudlaşmış imkanlara üstün gələnə qədər simptomlar tam şəkildə təzahür etməyə bilər. Bu çatışmazlıq şəxsi, sosial, təhsil, peşə və ya digər fəaliyyət sahələrində çətinlik yarada biləcək qədər ciddidir və adətən insanın fəaliyyətinin bütün şəraitlərdə müşahidə olunan geniş yayılmış xüsusiyyətidir. Baxmayaraq ki, o insanlar sosial, təhsil və ya digər amillərdən asılı olaraq dəyişə bilərlər. Belə şəxslər bütün spektr boyunca tam intellektual və dil bacarıqları nümayiş etdirirlər.

ASP-nin yaranma səbəbləri özündə müxtəlif amilləri cəmləşdirir. Burada həm irsi meyillilik, həm də xarici təsirlər mühüm rol oynayır. İrsiyyət dedikdə genetik mutasiyalar, X xromosom zəifliyi, nəsildə autizm və ya digər psixi pozuntuların olması nəzərdə tutulur. Valideynlərin yaşının 35-dən yuxarı olması, ananın hamiləlik zamanı infeksion xəstəliklər keçirməsi, hormonal disbalansının olması faktlarını nəzərə almaq vacibdir.

Həmçinin hamiləlik zamanı ananın müxtəlif toksik maddələrin təsirinə məruz qalması (məsələn, pestisidlər), ekoloji vəziyyətin qənaətbəxş olmadığı ərazidə yaşayış da autizm risk amilləri siyahısına daxildir.

Bundan əlavə, uşaq serebral iflici autizmlə müşayiət olunan xəstəlikdir və autizmin yaranma səbəbi olaraq dəyərləndirilə bilər.

- Autizmin ilkin simptomlarına nələr daxildir?

- Autizm spektr pozuntusu dedikdə bir neçə xəstəlik nəzərdə tutulur. Atipik autizm, Rett sindromu, Asperger sindromu, Heller sindromu, uşaq autizmi bu qrupa daxildir. Bu pozuntuların hər biri spesifik əsas əlamətinə görə fərqlənir və müvafiq yanaşma tələb edir. 

Ümumiyyətlə, bir çox psixi pozuntular kimi autizm spektr pozuntusu da fərdi xarakter daşıyır. Yəni eyni diaqnoz təyin edilmiş iki pasiyentdə əlamətlər bir-birindən kəskin fərqlənə bilər. Bu isə adıçəkilən diaqnozun təyini və müalicəsinin yüksək peşəkarlıq tələb etdiyinin göstəricisidir.

Autizm spektr pozuntularının 3 əsas əlaməti var:

1. Sosial qarşılıqlı əlaqələrin qurulması və dəstəklənməsi qabiliyyətinin zəif olması;

2. Maraqların məhdudlaşması;

3. Tez-tez təkrarlanan davranışlar.

Bu növ pozuntudan əziyyət çəkən şəxslər sosial əlaqə və qarşılıqlı münasibət qura bilmirlər. Belə ki, onlar qarşı tərəfin emosiyalarını, jestlərini, səs tonunu qavramaqda və ayırd etməkdə çətinlik çəkirlər və ya bacarmırlar. Həmçinin belə şəxslər göz təması qurmurlar. Onlar eyni səs tonu ilə robot kimi danışırlar. Mövzunu dəyişə, söhbəti dəstəkləyə bilmirlər. Bəzi hallarda ünsiyyət zamanı diqqətin cəmlənməsi vərdişi formalaşmamış olur. Bu zaman onlar öz məşğuliyyətlərindən ayrılıb əsas məsələyə reaksiya verməyi bacarmırlar.

Belə şəxslərin istər uşaq yaşlarında, istərsə də yetkinlik vaxtı taktilə qarşı qıcıq qapısı enmiş olur və hər hansı təmasdan yayınırlar, aqressiv reaksiya verirlər. Onların səs və qoxuya qarşı hissiyyatı da güclü olur. Gördükləri mənzərəyə ətrafındakılardan daha intensiv reaksiya verə bilərlər.

Bir çox hallarda ASP ilk olaraq uşağın təkrarlanan hərəkətləri ilə özünü büruzə verir. Məsələn, uşaq monoton təkrarlanan fəaliyyətə (paltaryuyan maşının işləməsi, saatın səsi) saatlarla baxa bilərlər. Bu davranış gündəlik vərdiş şəklində təzahür edir və onlar özləri də eyni hərəkəti təkrarlayırlar. Məsələn, bütün bədəni ilə və ya yalnız əlini, ayağını, yaxud başını fasiləsiz şəkildə hərəkət etdirirlər. Onlara müraciət etdikdə və ya özləri ünsiyyət qurmağa cəhd etdikdə eyni sözləri fasiləsiz təkrarlayırlar. Belə təkrarlanmalar təkcə bədən və ya nitqdə deyil, gündəlik rejimdə də özünü göstərir. Onlar rejimlərini dəyişməkdə də çətinlik çəkirlər və ya bacarmırlar. Bir çox hallarda təhlükəli və ya faydasız davranışları ayırd edə bilməyib vərdiş etdikləri şəkildə davam etməyə cəhd edirlər.

Autizmdən əziyyət çəkən şəxslərin maraq dairəsi məhdud olur. Onlar fəaliyyət müxtəlifliyini tətbiq edə bilmirlər. Lakin nəzərə almaq lazımdır ki, bir çox hallarda onlar diqqətini çəkən sahəyə qarşı intensiv maraq nümayiş etdirirlər. Bu da bir çox hallarda həmin sahədə onların xüsusi nailiyyətlər qazanmasına şərait yaradır.

Qeyd edilənlərdən belə nəticə çıxarmaq olar ki, autizmdən əziyyət çəkən şəxslərin sensor orqanlarının fəaliyyəti ya həddən artıq güclü, ya da çox zəifləmiş reaksiyalar şəklində təzahür edir.

- Uşaq və yeniyetmələrdə autizmin hansı fərqli tərəfləri vardır?

- Uşaq və yeniyetmələrdə autizmin əlamətləri müəyyən fərqlərə malikdir. Bu fərqlər daha çox inkişaf dövrünün xüsusiyyətləri ilə əlaqədar olaraq müşahidə olunur. Körpə uşaqlar göz təması qura bilmirlər, valideynlərinin səslərinə, gülüşünə reaksiya verə bilmirlər. 2-3 yaşlı uşaqlar adətən təkrarlanan - stereotip hərəkətlər olduğuna görə autizm şübhəsi yaradırlar. Stereotip hərəkətlər, adətən emosional hallarda daha çox özünü göstərir.

Nisbətən böyük yaşlı uşaqlarda məşğuliyyətlərinin məhdud olması, qidalara qarşı seçicilik və eyni məhsulla qidalanma kimi əlamətlər təzahür edir. Belə uşaqlar onları məşğuliyyətindən ayıranda affektiv reaksiyalar verə bilərlər (məsələn, əşyaları ətrafa atmaq, qışqırmaq, özünü və ya ətrafdakıları dişləmək).

Yeniyetmələrdə isə hormonal dəyişikliklərin də təsiri ilə sadalanan əlamətlər daha kəskin şəkildə müşahidə olunur. Yeniyetmələr adətən dostlarının olmaması ilə seçilirlər. Onlar söz və fikirləri birbaşa mənada başa düşür, söhbət mövzuları məhdud olur və mövzunu dəyişmirlər.

Həmçinin yeniyetmələri fərqləndirən əlamətlərdən biri də onların infantilliyidir. Bu da onların sosiallaşması problemini daha da dərinləşdirir.

- Autizm spektr pozuntuların müalicəsində əsas hansı üsullardan istifadə edilir?

- Autizm spektr pozuntularının müalicəsi zamanı kompleks üsullardan istifadə edilir.

1. ABA terapiya (Applied Behavior Analysis, Tətbiqi Davranış Analizi) - adətən autizm diaqnozu təyin edilmiş uşaqlara tətbiq olunan müalicə üsuludur. Bu zaman davranışa nəzarət, etik normalara riayət edilməsi kimi məsələlər üzərində işlənilir. ABA terapiyanın özünün də bir neçə növü var: analitik, davranış, tətbiqi ABA. Pasiyentin vəziyyətindən asılı olaraq bu növlərdən biri seçilir;

2. Dərman müalicəsi hər zaman müraciət olunan, lakin mütləq tətbiqi tələb olunmayan üsuldur. Belə ki, pasiyent simptomatik müalicə olunur. Məsələn, aqressiya hallarında, pasiyentin sakitləşdirilməsi mümkün olmadıqda dərman təyin edilir;

3. Psixoterapiya - əsasən koqnitiv davranış terapiyası tətbiq edilir. Pasiyentin konkret situasiyalardakı davranış və reaksiyaları təhlil edilir və onun üçün daha zərərsiz və adaptasiyasına müsbət təkan verən modellər hazırlanır.

Həmçinin autizm spektrli pozuntuların müalicəsində əmək terapiyası, loqoped-defektoloqla seanslar, pəhriz də mühüm yer tutan üsullardandır.

- Övladında autizm əlamətlərini müşahidə edən valideyn nəyə diqqət etməlidir?

- Autizm spektr pozuntularından əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur. Valideynlər körpənin hər inkişaf dövrünə uyğun əlamətlər haqqında bilgili olmalıdırlar. Belə halda onlar müşahidə etdikləri fərqləri mütəxəssislə müzakirə edib vaxtında problemi aşkar edə bilərlər. Uşağın daha qabarıq təzahür edən əlamətlərinə əsasən, ailə üzvləri və yaxınları davranış və yanaşma tərzlərində spesifikliyə önəm verməlidirlər. Bundan əlavə, belə uşaqların intellektinin inkişaf səviyyəsindən asılı olaraq təhsil üsulu seçilməlidir. Bəzi hallarda intellektin inkişaf pozuntusu da yanaşı olaraq qeydə alınır və dərəcəsinə uyğun olaraq təhsil imkanları dəyərləndirilir. Diqqət edilməlidir ki, bəzi hallarda bu uşaqların konkret fəaliyyətlərdə istedadları olur və onun inkişaf etdirilməsi nəzərəçarpan irəliləyişlə nəticələnir.

Valideynlər övladlarında şübhəli əlamət müşahidə etdikdə nəzərə almalıdırlar ki, ailədəki vəziyyət, tərbiyə üsulları, ailə üzvlərinin vərdiş və problemləri, o cümlədən psixi pozuntular uşaqların inkişafında mütləq şəkildə öz əksini tapır. Bu səbəbdən də bəzən xəstəlik mühitin təsiri, təsir isə xəstəlik kimi qiymətləndirilir. Bu hallarda ən doğru addım mütəxəssislə konsultasiyadır.

 

Oxşar xəbərlər
00:43, Bu gün
Pezeşkian İslam ölkələri arasında sərhədlərin ləğvini təklif edib
00:41, Bu gün
"Tbilisi Maydanı" : Gürcüstan çaşqınlıq içindədir" - "Financial Times"
11 Sep 2024 | 23:15
“Möhtəşəm yüzil”-də çəkilən, sol ayağı amputasiya olunan aktyorun digər ayağında da problemlər yaranıb - ÖZƏL+FOTO
11 Sep 2024 | 23:12
Qidadan maksimum dəmiri necə əldə etmək olar?
11 Sep 2024 | 23:04
ABŞ Ukraynaya 700 milyon dollardan çox vəsait ayırdı
11 Sep 2024 | 22:56
Bürclər nəyi xəyal edir? Qoç və Buğa
11 Sep 2024 | 22:50
İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi
11 Sep 2024 | 22:42
Metroda niyə iki eskalatordan biri işləyir? - AÇIQLAMA
11 Sep 2024 | 22:34
Rəsmi Moskva: Bakıya BRICS-ə qoşulmaq məsələsində hər cür kömək etməyə hazırıq
11 Sep 2024 | 22:26
Millimiz Olimpiadaya qələbə ilə başladı
11 Sep 2024 | 22:18
Hər gün balqabaq toxumu yesəniz nə olar?
11 Sep 2024 | 22:10
Bakıda qadın sürücü avtomobili marketə çırpdı – FOTO
11 Sep 2024 | 22:03
Antarktidada heyvanlar təhlükəli virusa  yoluxub, qitənin faunasını hansı təhlükə gözləyir?
11 Sep 2024 | 21:55
Ağır xəstə körpüdə tıxacda QALDI – VİDEO
11 Sep 2024 | 21:50
Tacikistanın baş müftisi bıçaqlandı
11 Sep 2024 | 21:41
"Tarixən fürsət düşən kimi Rusiya İrana, İran da Rusiyaya buynuzunu göstərib...”
11 Sep 2024 | 21:40
"İran Rusiyadan ballistik raketlərin əvəzinə nə əldə edib?" - Pentaqonun spikeri
11 Sep 2024 | 21:33
Media Tədris Mərkəzinin tələbələri məzun oldu
11 Sep 2024 | 21:25
Bakı bulvarı bağlandı: giriş-çıxış QADAĞAN OLUNDU
11 Sep 2024 | 21:18
Ukrayna bizdən 2 şey istəyirdi, imtina etdik
11 Sep 2024 | 21:13
Xatirə şəklini tənqid atəşinə tutanlara cavab verdi
11 Sep 2024 | 21:08
Əsirlərlə bağlı Azərbaycanla fəal işləyirik - Zelenski
11 Sep 2024 | 21:00
Bu BÜRCLƏR həyatlarına yeni insan almamalıdır
11 Sep 2024 | 20:53
Hər gün yumurta yeyin, bu xəstəlikdən xilas olun
11 Sep 2024 | 20:45
İtlər daha çox hansı insanları dişləyir? - Gözlənilməz nəticələr
11 Sep 2024 | 20:40
Paşinyandan Bakıya 16 maddəlik sülh sazişi təklifi
11 Sep 2024 | 20:32
"Brent" markalı neft daha da ucuzlaşacaq
11 Sep 2024 | 20:27
Bakıda qadını qatar vurdu
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 20:15
Azərbaycanda minimum əmək haqqı artırılacaq - TARİX AÇIQLANDI
11 Sep 2024 | 20:11
"Krım Ukraynanın tərkibinə qaytarılmalıdır" - Ərdoğan
11 Sep 2024 | 20:06
Azərbaycan klubu 5 basketbolçusunu yola saldı
11 Sep 2024 | 20:00
Doktoranturaya qəbul üzrə son imtahanlar keçirildi
11 Sep 2024 | 19:56
Müdir bir gün icazə istəyən işçini GÜLLƏLƏDİ
11 Sep 2024 | 19:45
İran diplomatı Britaniya XİN-ə çağırıldı
11 Sep 2024 | 19:30
Zelenski ikinci sülh planından danışdı
11 Sep 2024 | 19:14
Aralıq orucu kimlərə məsləhət deyil?
11 Sep 2024 | 19:06
Yeni "iPhone" almağın ən sərfəli olduğu ölkələr-SİYAHI
11 Sep 2024 | 19:00
FHN Akademiyasının saytı ləğv edildi, yenisi açıldı
11 Sep 2024 | 18:55
Şəriki tərəfindən aldadıldı, 100 min dollar borcunu ala bilmir... – VASİF SÜLEYMANOVDAN RƏSMİ QURUMLARA MÜRACİƏT
11 Sep 2024 | 18:50
“Bəzilərinin həcisi var, mənimsə mollam?”
11 Sep 2024 | 18:45
Bu məsələdə Bakıya hər cür yardıma hazırıq - Zaxarova
11 Sep 2024 | 18:37
İstanbulda Azərbaycan məktəbi açılacaq
11 Sep 2024 | 18:29
Uzun və xoşbəxt HƏYATIN AÇARI
11 Sep 2024 | 18:21
"iPhone"nun prosessorlarını "Samsung" istehsal edir - "iPhone" haqqında maraqlı FAKTLAR
11 Sep 2024 | 18:15
Yapon şirkəti 10 pişiyi işə götürdü
11 Sep 2024 | 18:10
Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır
11 Sep 2024 | 18:05
Ağdam sakini qardaşının şəhid olduğu maşınla ata yurduna getdi: "Elə bil Nadiri canlı gördüm" - VİDEO
11 Sep 2024 | 18:00
Qəhvədən imtina etmək niyə faydalıdır?
11 Sep 2024 | 17:55
"Çöldə kimsə deyə bilər ki, 20 dəfə səs vermişəm" - Məzahir Pənahov
11 Sep 2024 | 17:50
Qarabağ Universitetində yeni akademiya yaradılır
11 Sep 2024 | 17:44
İqtisadi Şura növbəti 3 il üzrə büdcə layihələrini müzakirə etdi - FOTO
11 Sep 2024 | 17:38
Ekspert: Nəqliyyat Azərbaycanla Mərkəzi Asiya arasında kooperasiyanı möhkəmləndirəcək
11 Sep 2024 | 17:37
Növbəti köç karvanı Laçına çatdı, mənzillərin açarları təqdim olundu - FOTO
11 Sep 2024 | 17:30
ADSEA Füzulidə və Şuşada sakinləri işlə təmin etdi - FOTO
11 Sep 2024 | 17:24
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayət - ŞOK DETALLAR
11 Sep 2024 | 17:17
Meymunçiçəyi xəstəliyi öz-özünə sağalırmı? - Əlamətləri, müalicəsi
11 Sep 2024 | 17:10
Salyan şosesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir - VİDEO
11 Sep 2024 | 17:04
Keçmiş müstəmləkələrdən Parisə "soyuq duş": Makron hökumətinin Bakı qərəzi ifşa edildi - TƏHLİL
11 Sep 2024 | 16:58
"Qarabağı alsın, İlham Əliyevin əlindən öpərik deyən müsavatçılar..." - Novella Cəfəroğlu
11 Sep 2024 | 16:52
Polisin zərərsizləşdirdiyi cinayətkarın dosyesində NƏLƏR VAR? - VİDEO
11 Sep 2024 | 16:46
Taleh Yüzbəyov 18 minlik borcundan danışdı
11 Sep 2024 | 16:40
Ağdamda 55 yaşlı kişini ilan sancdı
11 Sep 2024 | 16:34
Bu məntəqələrin nəticələri ləğv edildi - YENİLƏNİB
11 Sep 2024 | 16:27
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi
11 Sep 2024 | 16:20
Türk dünyasının qüruru: Toğrul bəyin Bizans imperatoruna yazdığı məktub üzə çıxdı - FOTO
11 Sep 2024 | 16:13
Hava XƏBƏRDARLIĞI - Bu tarixdən dolu düşəcək, sulu QAR YAĞACAQ
11 Sep 2024 | 16:06
Həkim valideynlərə ÇAĞIRIŞ ETDİ - Dəstək olun! 
11 Sep 2024 | 16:00
Yenicə ana olan Aysun qızına mahnı oxuyub AĞLADI - VİDEO
11 Sep 2024 | 15:55
İki milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəis ilə bağlı QƏRAR
11 Sep 2024 | 15:49
Bakıda Ortaq Türk Əlifbası ilə bağlı razılıq əldə olunub - FOTO
11 Sep 2024 | 15:43
BDU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalandı - FOTO
11 Sep 2024 | 15:37
Kollec bizə həqiqətənmi lazımdır? -Təhsil müəssisələri, yoxsa, tramplin? - TƏHLİL
11 Sep 2024 | 15:31
Avropanı Azərbaycana möhtac edən səbəblər - Bakı özünü bütün dünyaya sübut etdi - ŞƏRH
11 Sep 2024 | 15:25
“Azərbaycanda təcavüz halları artacaq” - Psixoloqdan ŞOK XƏBƏRDARLIQ
11 Sep 2024 | 15:18
Qərbə anons verən İranın Rusiyaya hücumu - hamıya açıq olacaq Zəngəzur yolu
11 Sep 2024 | 15:12
Ramiz Zeynalova ağır itki
11 Sep 2024 | 15:06
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
11 Sep 2024 | 15:00
Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Bakıdan yeni marşrut xətti AÇILIR
11 Sep 2024 | 14:53
"İsrail liderləri öz xalqına qarşı diqqətli olmalıdır" - Blinken
11 Sep 2024 | 14:48
Rəqqasə Fatimə 418 minə ev aldı
11 Sep 2024 | 14:42
"Qarabağ"ın hücumçusu dörd ölkədən gələn təkliflərdən İMTİNA ETDİ
11 Sep 2024 | 14:36
“2-yə işləmiş oğluma zəng gəlib, çoban ona deyib ki...” - 9 aydır itkin düşən Rasimin atası danışdı   
11 Sep 2024 | 14:29
DYP-dən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
11 Sep 2024 | 14:26
Məşhur “krıtı” yeni simada: Qobustan həbsxanasında nələr necə dəyişir?
11 Sep 2024 | 14:22
Şok olay: İki qadınla tanış oldu, onlardan elə şey tələb etdi ki... – "Ərinə və atana..."
11 Sep 2024 | 14:16
İtkin düşən Rasimin ailəsi yolu açdı – Lakin valideynlərin narazılığı davam edir
11 Sep 2024 | 14:10
“Bu xəstəlik 2032-ci ildən tez baş verməyəcək” - MÜHÜM AÇIQLAMA
11 Sep 2024 | 14:03
Aytən Səfərova uzun aradan sonra efirə qayıdır - VİDEO
11 Sep 2024 | 13:57
"ABŞ Ukrayna üçün uzaqvuran silaha məhdudiyyətləri götürə bilər" - Bayden
11 Sep 2024 | 13:51
Sabah leysan yağacaq - HAVA PROQNOZU
11 Sep 2024 | 13:45
Borca görə ölkədən çıxışa qadağa qoyula bilərmi? - AÇIQLAMA
11 Sep 2024 | 13:39
Bakıda yeni su və kanalizasiya layihələri icra olunur - VİDEO
11 Sep 2024 | 13:33
Mehmet Şimşek Türkiyə iqtisadiyyatını böhrandan çıxara biləcəkmi?.. -Ekspert
11 Sep 2024 | 13:32
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
11 Sep 2024 | 13:26
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı dəqiqləşdi
11 Sep 2024 | 13:20
Nazpəri Dostəliyeva nəvəsi Tamerlanla oğlunun məzarında - VİDEO
11 Sep 2024 | 13:16
Elza Zaurun verilişini aparmaq üçün 44 min manat istəyir - VİDEO
11 Sep 2024 | 13:11
Azərbaycanda bələdiyyələrə məxsus torpaqlar satışa çıxarılır
11 Sep 2024 | 13:06
Bu məhsullar bahalaşdı - SİYAHI
GÜNLÜK
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 10:23
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
11 Sep 2024 | 07:27
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
11 Sep 2024 | 09:32
“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
11 Sep 2024 | 10:48
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
11 Sep 2024 | 13:32
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
11 Sep 2024 | 10:06
Bu şəxslərə birdəfəlik 300 manat veriləcək - ŞAD XƏBƏR
11 Sep 2024 | 10:18
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO
11 Sep 2024 | 11:42
Sülh sazişi: Razılaşdırılmayan 3 bənddə nələr var?
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
09 Sep 2024 | 14:48
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
AYLIQ
11 Sep 2024 | 11:30
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
11 Sep 2024 | 20:21
"Arvadım məni pul qarşılığında qadınlarla görüşdürürdü" - FOTO
11 Sep 2024 | 10:23
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
11 Sep 2024 | 07:27
Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
11 Sep 2024 | 09:32
“Hansı əsasla Bakının Rusiya-Ukrayna sülh danışıqlarının məkanı olacağı haqda danışırlar, anlaya bilmirəm...”
11 Sep 2024 | 10:48
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
11 Sep 2024 | 13:32
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
11 Sep 2024 | 10:06
Bu şəxslərə birdəfəlik 300 manat veriləcək - ŞAD XƏBƏR
11 Sep 2024 | 10:18
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO
11 Sep 2024 | 11:42
Sülh sazişi: Razılaşdırılmayan 3 bənddə nələr var?