Azərbaycan Qarabağı geri alır
Reportaj
Oxunub: 4381
06 Jun 2014 | 08:50
Azərbaycan Qarabağı geri alır

Keçmiş postsovet məkanında yaranmış yeni geosiyasi vəziyyət, əsasən də Rusiyanın Ukraynanı Avrasiya İqtisadi Birliyinə (AİB) daxil edə bilməməsi Azərbaycanın şans və imkanlarını artırmaqdadır. Hər halda, Rusiyanın heç vaxt olmadığı qədər Azərbaycana ehtiyacı yaranıb və prezident İlham Əliyev də yaranmış durumdan Dağlıq Qarabağın Ermənistanın işğalından geri alınması üçün istifadə etməyə çalışır.


Artıq Ermənistanda və Dağlıq Qarabağdakı separatçı ermənilər arasında ciddi təlaş müşahidə edilməkdədir. Bunu son günlər düşmən ölkə mediasında dərc olunan yazılardan açıq görmək mümkündür. Ermənistan mətbuatı və politoloqlarının fikirlərindəki leytmotiv budur ki,  Azərbaycan Qarabağı Rusiyanın vasitəsilə geri almaq üçün hərəkətə keçib. 

Erməni tərəfində bu xüsusda həmçinin Azərbaycanın ordusunun güclənməsi istiqamətində atdığı addımlardan ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, Moskva axır bir neçə ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan ölkəyə Azərbaycan qədər silah satmayıb: “Hazırda Əliyev Ermənistanın Qarabağsız Avrasiya İttifaqına daxil olmasına və Rusiyanın Ermənistanın arxasından çəkilməsinə çalışır. Bunun üçün lazım olan hər şey ediləcək. Hətta Əliyev Qarabağı almaq üçün Putinə pul da vəd edə bilər. Müəyyən anlıq Qərbin bütün layihələrindən Bakı üz çevirmiş vəziyyət yarada bilər, təki istəyinə çatsın. Azərbaycan Ermənistanı Avrasiya İttifaqı həbsxanasında blokadada boğmaq istəyir” - erməni mətbuatında son bir neçə gündə ən çox yazılan bu tipli şərhlərdir. 
***
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də bölgədə həqiqətən çox ciddi proseslərin getdiyini və bundan ermənilərin təşvişə düşdüyünü təsdiqləyən məqamların olduğunu söylədi: “Xüsusilə də Azərbaycanla Rusiya arasında proses gedir, danışıqlar intensivləşir. Bu danışıqlar əvvəllər prezidentlərin bəlli ekspertlər qrupu səviyyəsində aparılırdısa, indi illeqal şəraitdən leqal şəraitə keçməyə başlayıb və proseslərdə ciddi səlahiyyətlərə malik məmurlar iştirak edir. Məsələn, Rusiyanın iqtisadiyyat naziri bir neçə gün öncə Azərbaycana gəldi və burda çox ciddi layihələr ətrafında müzakirələr aparıldı, Azərbaycanın Rusiya iqtisadiyyatına böyük məbləğdə sərmayə yatıracağı ilə bağlı razılaşmalar oldu. Rusiyalı nazir Bakıda bəyan etdi ki, Azərbaycan da AİB-ə daxil ola bilər.  May ayında Azərbaycanın müdafiə naziri Rusiyaya səfər etdi. İyunun 4-də Azərbaycan parlamentinin spikeri Moskvada görüşlər keçirdi.  

İyunun 28-də isə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana gələcəyi xəbəri yayılıb. Bütün baş verənlər çox ciddi prosesin getdiyinin göstəricisi sayıla bilər. Ermənistan mətbuatı və cəmiyyətində təlaş da bununla bağlıdır. Ermənilər müşahidə olunan prosesin, Rusiya-Azərbaycan yaxınlaşmasının onların zərərinə olduğunu düşünürlər. Şübhələniblər ki, bu yaxınlaşma sonda Vladimir Putinin Serj Sərkisyana Azərbaycanın rayonlarından geri çəkilməyin zəruriliyi əmrini verməsi ilə nəticələnə də bilər".

Ekspert hesab edir ki, Rusiyanın Azərbaycanla ticarət dövriyyəsinin genişləndirilməsi, əsasən də Rusiyanın Azərbaycana silah, hərbi texnika satışını artırması ermənilərin əndişəsini daha da artırıb: “Həqiqətən də Rusiya KTMT üzvü olan ölkələrdən çox Azərbaycana silah satır. Azərbaycanın bu silahları alması tam qanunidir və heç kim buna görə ölkəmizi qınaya bilməz. Ermənilər ”Azərbaycan prezidenti Qarabağı Putindən pulla geri alacaq" deyə dünyaya hay-həşir salmaqda çox güman ki, məhz Azərbaycanın Rusiya ilə iqtisadi və hərbi sahədə ticarətinin genişlənməsinə eyham vururlar. Prosesin digər tərəfi ondan ibarətdir ki, Rusiyanın Azərbaycana satdığı silahlar hesabına Azərbaycan ordusunun sarsıdıcı gücə malik olması ermənilərdə birmənalı təsəvvür yaradır. Ermənilər əmindirlər ki, Azərbaycan-Rusiya əməkdaşlığının sıxlaşması rəsmi Bakı ilə Moskva arasında Qarabağ məsələsində də anlaşmalara gətirib çıxara bilər. 

Elə vəziyyət yarana bilər ki, müharibə başlayar və bu dəfə Rusiya Ermənistanı Azərbaycanın qarşısında tək buraxar. Bu isə işğal olunmuş Azərbaycan ərazilərinin qısa zamanda ermənilərin əlindən çıxması deməkdir. Artıq Ermənistanda, Dağlıq Qarabağda ermənilər içərisində ciddi panika başlayıb. Panikanın başlamasına səbəb var. Ermənilər bilməli idilər ki, onların belə bir günü də gəlib yetişə bilər. İndi onlar bir balaca təhlükə hiss eləyir və dünyaya car çəkməyə başlayıblar ki, Azərbaycan hücuma keçməyə hazırlaşır. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək hüququna malikdir. Beynəlxalq konvensiyalar və Azərbaycan Konstitusiyası buna imkan verir".

Q.Hüseynli onu da vurğuladı ki, gedən prosesdə Rusiya üzünü Azərbaycana tərəf çevirməyə başlayıb. Rusiyanın buna böyük ehtiyacı var. Qərbin sanksiyaları Rusiyanı təntidib. Belə durumda Azərbaycanla yaxınlıq Rusiya üçün çox vacibdir. 
***
Bu arada hərbi mənbələrdən redaksiyamıza mövzuya birbaşa dəxli olan şok məlumat daxil olub. Məlumatda deyilir ki, bir neçə gündür Azərbaycanın işğal olunmuş ərazilərində cəbhə xətti boyunca ermənilər mina təmizləmə işlərinə başlayıblar. Neçə illərdir basdırılan minaları çıxarmaqdadırlar. 

Bu məlumat reallığı əks etdirirsə, ermənilərin nədən cəbhə xətti boyu minaları çıxarmağa başladıqları maraq doğurur. Söhbət etdiyimiz təcrübəli ekspertlərdən birinin bununla bağlı maraqlı izahı var: “Ola bilsin Ermənistan rəhbərliyi Azərbaycanın hansısa rayonlarından geri çəkilmək məcburiyyətindədir və hətta bunun üçün Kremldən gizli mesaj da alıb. Serj Sərkisyan təbii ki, heç vaxt xalqın qarşısına çıxıb ”Rusiyanın göstərişi ilə filan rayonları Azərbaycana qaytarıram" deməyəcək. Kremlin göstərişini Sərkisyan başlanacaq müharibəni uduzmaqla həyata keçirə bilər. Az itki üçün minalanmış ərazilər əvvəldən təmizlənir, Azərbaycan ordusu hücuma keçir müharibə başlayır və onsuz da güclü olan Azərbaycan ordusu konkret rayonları geri qaytarır. Ermənistan prezidenti isə xalqın qarşısına çıxaraq “1990-cı illərin əvvəlində biz qalib gəlmişdik, bu dəfə isə güclənmiş Azərbaycana qalib gələ bilmədik. Müharibədə qalib gəlmək kimi məğlub olmaq da var” tipli izahat verir. Bax, ssenarinin bu cür olması istisna deyil".

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyevin “Ermənistan ordusu geri çəkilmə prosesinə başlamalıdır” bəyanatı olub. Bu bəyanatın da təsadüfi olmadığını bildirməyə əsaslar var. 

Deputat Fazil Mustafa isə bildirib ki, Qarabağ probleminin həlli üçün yalnız Rusiya ilə razılıq əldə etmək kifayət deyil: “Çünki ermənilərə yalnız Rusiya kömək eləmir. Ermənilərə yardımçı olan ölkələrin başında ABŞ dayanır. Buna görə də yalnız Rusiya ilə razılıq məsələnin həlli demək deyil. Buna nail olmaq üçün həm də Amerika ilə anlaşma əldə etmək zəruridir”.
Musavat.com
Oxşar xəbərlər
20:16, Bu gün
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:53, Bu gün
Yevlaxda ailə münaqişəsi qanla bitdi: Arvadını öldürüb, özünə xəsarət yetirdi
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
GÜNLÜK
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO