“Bənövşəyi günəş”, küləyin sovurduğu qızıl tozu, “edam edilən” qızılgüllər...- Şuşa səfəri-III yazı!
Reportaj
Oxunub: 2925
12 Jan 2022 | 11:51
“Bənövşəyi günəş”, küləyin sovurduğu qızıl tozu, “edam edilən” qızılgüllər...- Şuşa səfəri-III yazı!

I yazı burada: //moderator.az/reportaj/396663/ata-alama-eve-qayidiriq-susa-seferi-i-yazi/

 

II yazı burada: //moderator.az/arasdirma/406887/polad-hesimovla-susada-grus-evimizi-nisan-veren-polis-zabiti-paralel-dunyaya-kecid/

 

...Daha bir neçə saniyə ətrafımdakı hər şeyi diqqətlə nəzərdən keçirib evimizin səmtini müəyyənləşdirməyə çalışıram. Amma səylərim heç bir nəticə vermir. Erməni faşizminin viran qoyduğu, ardınca təbiətin böyük sürətlə “istila etdiyi”, yabanı kol və ağacların hər yerə yol tapdığı doğma şəhərdə ata yurdunu tapa bilməmək əsl məşəqqətə çevrilir. Və mən tezliklə başa düşürəm ki, bu gedişlə uşaqlıq xatirələrimin yadigarı olan evimizi tapa bilməyəcəm. Elə buna görə də yenicə tanış olduğum, bizi və məhəlləmizi tanıyan polis zabitinə zəng edirəm. Mənə getməli olduğum yolu yenidən izah edən zabit, görünür, verdiyim tərəddüdlü və inamsız cavablarımdan evimizi tapa bilməyəcəyimi yəqin edir. Çox güman ki, elə bu səbəbdən “gözlə, dalınca gəlirəm” deyir. Bir neçə dəqiqədən sonra  mən bir qədər aralıdan polis sirenasının səsini eşidirəm. Bütün gücümlə məni evimizə səsləyən bu səsə doğru qaçıram.

Cənab zabit, yanılırsız, bu bizim ev deyil, bu, bizim ev ola bilməz...

 

Bir neçə dəqiqədən sonra qarşıda dayanan polis maşınını, avtomobilin yanında dayanan tanış simanı görürəm. Polis zabiti ona yaxınlaşmağımı gözləmədən köhnə tanış ədası ilə söyləyir:

 

-Seymur, çox getmisən, bax, sizin küçə, sizin ev budur!

 

Mən polis zabitinin əli ilə göstərdiyi səmtə baxıram. Onun nişan verdiyi yer mənim əsas yoldan çıxdıqdan sonra qarşılaşdığım ilk məscidlə üzbəüz olan viran qalmış evlərdir. Mən nə qədər çalışsam da işğaldan öncə şəhərin ən səs-küylü küçələrindən olan bu küçənin bizim küçə olduğu, vaxti ilə hər qarışında həyatın qaynadığı, indi isə xarabalığa çevrilən, ağrı, ümidsizlik və həsrətdən xəbər verən evlərin bizim evlər olduğu fikrini qəbul edə bilmirdim. Odur ki, gözümü dağılmış, təbiətə təslim olmuş evlərdən, daha doğrusu evlərdən geridə qalanlardan çəkmədən mexaniki olaraq səslənirəm:

 

-Cənab zabit, yanılırsız, bu bizim ev deyil, bu, bizim ev ola bilməz...

 

Hiss edirəm ki, dodaqlarımdan anidən çıxan bu sözlər polis zabitini qəlbinin dərinliyində hardasa incidir. Amma o, bu incikliyi əmin səsi ilə ört-basdır edərək özünəməxsus inamla davam edir:

 

-Yox, yox, yanılmıram, sizin küçəniz budur. Bax bu İldırım müəllimin evidir, bu...

 

Mən artıq digər sözləri eşitmirəm. Yalnız örtülən avtomobil qapısının səsini və sanki başqa bir dünyadan qulağıma yetişən üç kəlməlik bu cümləni eşidirəm:

 

-Evinə xoş gəlmisən!

Tağlı qapı, küləyin sovurduğu qızıl tozu, dumandakı adam...

 

Mən bütün diqqətimi toplayıb ətrafa nəzər salıram. Öncə məscidlə evimiz arasındakı balaca meydancanın, o cümlədən məscidə baxan ağ rəngli tağlı qapının yerini müəyyənləşdirməyə çalışıram. Bəzi yerlərdə tağlı qaplar öz mövcudluğunu qoruyub saxlasa da, bəzi yerlərdə çıxarılan qapıların, dağıdılan divarların boşluğu yaddaşımdakı mənzərəni tamamlamağa mane olur. Ancaq mən nə olursa-olsun öz evimizi tapmaqda, onun dağıntısı, külü ilə də olsa salamlaşmaqda israrlıyam. Odur ki, baxışlarım yenə də bəyaz rəngli tağlı qapı və ya ondan geriyə qalan bir şeyləri axtarır. Və mən baxışlarımla həmin qapını axtara-axtara 28 il əvvələ qayıdıram.

 

...Evimizin iki qapısı var idi. Bu qapılardan biri məhəlləmizin içinə açılırdı. Biz daha çox bu qapıdan istifadə edir, məhəllə içindəki yoldan küçəyə çıxaraq məktəbə yollanardıq. Bu yolla gedərkən əksər qonşularımızı görür, onlarla salamlaşır, məhəlləmizdəki yeniliklərdən xəbər tutardıq. Doğma, əziz simaları görmək, onların səsini eşitmək, xoş zarafatlarına şahid olmaq bizim üçün sözün həqiqi mənasına əsl istirahət idi. Arxa qapı adlandırdığımız ağ tağlı qapıdan isə nadir hallarda istifadə edərdik.  Bəzən axşam vaxtı bu qapını açaraq birbaşa küçəyə çıxar, ay işığında küləyin qarı necə sovurduğuna tamaşa edərdim. Hərdən mənə elə gələrdi ki, havada rəqs edən və ay işığında bərq vuran bu qar dənələri adi qar yox, qızıl tozu, qızıl hissəcikləridir. Elə buna görə də bəzən onların dalınca qaçar, həmin “qızıl tozu”nu havadaca tutmağa çalışardım. Külək qar dənəciklərini qovduca mən də onların dalınca qaçar, bu oyunu yorulub əldən düşənə və ya üşüyənə qədər davam edərdim. Bəzən isə Şuşa üçün tez-tez xarakterik olan dumanlı havalarda yenə bu qapıdan küçəyə çıxar, bir neçə metr məsafədə sağa-sola maraq və qorxu ilə gəzərdim. Gəzə-gəzə xəyalımda müxtəlif fantaziyalar qurur, dumanın içindən nəyinsə  çıxacağını, yaşıdlarımdan heç kimin görmədiyi qeyri-adi nələrisə görəcəyimi düşünürdüm. Hərdən isə düşünürdüm ki, bu cür gəzintilərin birində dumanın içindən bir adam çıxacaq və o adamla qarşılaşma mənim həyatımda nələrisə dəyişəcəkdi.

 

...Bütün bunları xatırlayaraq kol-kos basmş qapı və ya qapı yerlərindən içəriyə boylanır, doğma evimizi tapmağa, əlimi onun divarlarına, həyətimizin torpağına toxundurmağa çalışıram. Birdən gözlərim xeyli aralıdakı “bənövşəyi günəşə” dikilir və mən gördüyüm mənzərədən sarsılıram...

 

İlahi, sənin üçün necə də darıxmışam...

 

...Qarşımda vaxti ilə başdan-başa moruq kolları ilə örtülü olan həyətimizin yeganə ağacı olan gavalı ağacı dayanıb. Öz əzəmətli görkəmini bir qədər itirsə də, başını həmişəki kimi dik tutub.

Ağacın səmaya yüksələn budaqlarındakı tünd bənövşəyi rəngli, üzüm salxımına oxşar saysız-hesabsız gavalılar arxadan düşən gün şüalarını bənövşəyi rəngə boyayır. Insana elə gəlir ki, günəş öz əzəli rəngini dəyişərək bənövşəyi rəngə bürünüb və ətrafdakı hər şeyi bu rəngə boyayır.

 

Mən daha bir neçə addım atıb dayanıram. Sehirlənmiş kimi gavalı ağacına – bənövşəyi günəşə baxıram. Içimdə ağacla səssiz söhbətim başlayır:

 

Mən: İlahi, sənin üçün necə də darıxmışam...

Ağac: Mən də... Amma düşünməzdim ki, bu qədər gec gələsən.

Mən: Gec olduğunu bilirəm. Bunun üçün məni bağışla... Amma əmin ol ki, səni düşünmədiyim, xatırlamadığım bir gün belə olmayıb...

Ağac:Mən də darıxırdım. Öz torpağımda əsir olmaq, qürbətçilik çəkmək iztirab verirdi mənə.

Mən: Daha hər şey bitdi. Daha heç vaxt ayrılmayacağıq bir-birimizdən...

Ağac: Hə. Düzü ayrılığa dözəcək gücüm də qalmayıb daha. Görürsən, sən olmadığın müddətdə nə qədər qocalmışam...Ətrafına bax, yalnız mən qalmışam həyatda. Nə qızılgüllər, nə qarağat və zirinc kolları, nə də çiçəklərin heç biri qalmayıb...

Edam edilən qızılgüllər, yaxud itkin Alantida...

 

Bu sözlər məni sarsıntıdan ayıldır. Mən təşviş və həyəcan içində ətrafa nəzər salıram. Ətrafı bürüyən kol-kosu, orda-burda düşüb qalan daş və ağac parçalarının üstündən addımlayaraq ikimərtəbəli ev hündürlüyündə olan, koldan daha çox ağac təəssüratı yaradan, əsgər kimi bir-birinin yanında, eyni səfdə yer alan qızılgülləri axtarıram. Ancaq onların heç biri yoxdur. Sanki hər biri bir neçə metr hündürlüyündə olan bu qızılgüllər hansısa sirli bir səbəbdənsə itkin Atlantida kimi yoxa çıxıb. Sanki hansısa mistik qüvvə onları tamam başqa dünyaya, tamam başqa planetə köçürüb.

 

Yoxa çıxan qızılgüllərin boşluğu qorxunc əjdaha kimi məni udmağa başlayır. Yadıma aynabənddə dayanıb öz yarpaqları, ləçəkləri ilə şüşəmizi oxşayan qızılgüllərin şux qaməti, məstedici rayihəsi düşür. Bəzən aynabənddə çay içə-içə aynəbənd hündürlüyünə yüksələn qızılgülləri qoxlayar, bundan qeyri-adi dərəcədə zövq alardım. Cənnət ətirli qızılgüllərin rayihəsi moruq qoxusuna qarışaraq özünəməxsus ətir yaradır və bu ətir bütün həyətə hakim kəsilərdi. Ancaq bu gün daha o gözəllikdən heç bir əsər-əlamət qalmayıb. Buna səbəb vaxtiylə torpaqlarımızı işğal altıdna saxlayan ermənilərin insanlarımız kimi ağacları, kolları, təbiətin ən böyük möcülərini belə edam etməsi, onlar haqqında ölüm hökmü çıxarmasıdır. Dərk edilməsi insan şüuru üçün nə qədər çətin olsa da, ermənilərin işğal dönəmində sadəcə insanlara qarşı deyil, həm də təbiətə qarşı soyqırım törətdiyi, yaşıllığa divan tutduğu, nadir ağac və kolları amansızlıqla məhv etdiyi bir həqiqətdir. Həyətimizdəki qızılgüllər də məhz erməni vəhşiliyinin, erməni amansızlığının qurbanı olub. Baxmayaraq ki, həmin qızılgüllərin ermənilər tərəfindən edam edildiyini düşünmək doğma bir insanın ölümünü düşünmək qədər məni ağrıdırdı və bəlkə elə buna görə də bu gün bu sətirləri yazarkən də həmin qızılgüllərin möcüzəvi şəkildə qeybə çəkildiyi fikrinə inanmaq istəyirəm. İnanmaq istəyirəm ki, bir gün onlar yenidən həyətimizə köç edəcək, yenidən əsl yerlərinə - aid olduqları yerə qayıdacaqlar. Və inanmaq istəyirəm ki, bir səhər gözümü açanda onları həmişəki yerlərində görəcəyəm və bu həsrət hökmən başa çatacaq...

 

Ardı var.

 

Seymur ƏLİYEV

 

P.S.Səfərdə iştirakıma şərait yaratdığı üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və şəxsən Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevə dərin təşəkkürümü bildirirəm.

 

Oxşar xəbərlər
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü