Şahid polis rəisinin yalanını üzə çıxardı
Oxunub: 6882
15 Oct 2013 | 12:59
Şahid polis rəisinin yalanını üzə çıxardı

 Dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Milli Şuranın üzvü, məhbus hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə ittiham tərəfinin şahidləri ifadə verdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınan Pərviz Abbasovun həyat yoldaşı Sahilə Abbasova ifadəsində bildirdi ki, Qurban Məmmədov travmatologiya xəstəxanasında ərinə bildirib ki, polisə səhv məlumat versin. “Dedi ki, polis soruşsa, deyərsən ki, tanımadığım «Mercedess» markalı avtomobil vurub qaçdı. O, bütün xəstəxana xərclərini ödəyəcəyini, işləmədiyi müddətdə isə hər gün üçün 20 manat verəcəyini bildirdi”. Əlavə etdi ki, kameradan narahat olma, hər şeyi özüm həll edəcəyəm”. S.Abbasova əlavə etdi ki, həqiqətən də Qurban Məmmədov xərclərini ödəyib və dekabr ayınadək hər 15 gündən bir onlara 300 manat verib. “Bundan sonra isə Pərviz ona zəng edəndə dedi ki, gedib işləsin, daha pul verməyəcək, onun problemi deyil” - deyə şahid vurğuladı.

Dövlət ittihamçısı və Qurban Məmmədov şahidə suallar ünvanlayıblar. Qurban Məmmədov ondan Pərviz Abbasova polisə yalan məlumat verməklə bağlı təklifi nə zaman harda etdiyini soruşdu. Şahid bildirdi ki, əri əməliyyat olunub palataya köçürüldükdən sonra Qurban Məmmədov palatada ona polisə məlumatı başqa formada verməyi təklif edib.
Qurban Məmmədov məhkəməyə müraciətlə bildirdi ki, Pərviz Abbasova xəstəxanada əvvəlcə ilkin tibbi yardım göstərilib, daha sonra rentgen olunub və əməliyyata ehtiyac olduğu aşkarlandığı üçün 1 gün sonra əməliyyat olunub. “Şahid guya mənim polisə yanlış məlumat verməyimlə bağlı təklifi əməliyyatdan sonra - palatada etdiyini deyir. Halbuki ona kimi həm ilk tibbi yardım, həm rentgen, həm də əməliyyat zamanı nə baş verdiyi soruşulub və onun dedikləri barədə qeydlər aparılaraq, polisə məlumat verilib. Əgər mən ona təklifi palatada etmişəmsə, deməli o mərhələyə qədər zərərçəkmiş şəxs tibbi personala doğru məlumat verib “ - deyən təqsirləndirilən şəxs məhkəmə qarşısında vəsatət qaldırıb:
“Zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərmiş tibb bacılarının, rentgenoloqun, həmçinin əməliyyat aparmış tibbi personalın məhkəməyə şahid qismində dəvət edilərək, Pərviz Abbasovun hadisə ilə bağlı hansı məlumat verdiyini araşdırmağınızı xahiş edirəm. Həmçinin Pərviz Abbasov da ifadəsində bildirmişdi ki, guya mən ona təklif edəndə palatada tək olub. Halbuki mən ondan palatada dəfələrlə hadisənin necə baş verdiyi barədə suallar vermişəm və buna həmin palatada yatan xəstələr də şahiddir. Ona görə də, həmin vaxt palatada olan şahidlərin xəstəxana vasitəsilə müəyyənləşdirilərək məhkəməyə dəvət edilmələrini xahiş edirəm”.
Daha sonra şahid qismində Pərviz Abbasovun anası Ədilə Məmmədova ifadə verib. O da oxşar ifadə verərək, Qurban Məmmədovun pul təklifi qarşılığında polisə yalan məlumat verməyi təklif etdiyini, sonradan pulu verməyi dayandırdığı üçün şikayət etdiklərini bildirdi.
Qurban Məmmədob ondan harada işlədiyini soruşdu. Ədilə Məmmədova Nəsimi rayon 20-ci polis bölməsində xadimə işlədiyini dedi. Digər suala cavab olaraq əlavə etdi ki, bölmənin rəisi olmuş Sahib Babayevin də otağının təmizliyi ilə məşğul olub.
Qurban Məmmədov bildirdi ki, cinayət işinə səbəb olan hadisə məhz 20-ci polis bölməsinin ərazisində baş verib. “Mən iki dəfə o bölmədə olmuşam və rəisin otağında Ədilə Məmmədovanın əlində süpürgə təmizlik apardığını görmüşəm. Həmin vaxt bölmənin rəisi olan Sahib Məmmədov mənə bildirdi ki, Pərviz Abbasov səninlə başqa bir maşının arasında qalıb. Rəis əlavə etdi ki, digər maşını tapmaq mümkün deyil, ortada da şikayətçi yoxdur, gəl bu məsələni həll edək. Mən də dedim ki, necə bilirsiniz elə edin, mən də qol çəkim. Sonra da müstəntiq məni çağırdı ki, pul ver ekspertdən rəy alaq. Mən də bildirdim ki, günahım olmadığı halda, niyə pul verməliyəm”. Qurban Məmmədov əlavə etdi ki, sonradan bu barədə prokurorluğa şikayət edib. Prokurorluqda başlayan araşdırma zamanı rəis Sahib Babayev ifadə verib ki, mən Ədilə Məmmədovanı tanımıram və bölmədə belə adam işləmir. “İndi şahid Ədilə Məmmədova bölmədə xadimə işlədiyini təsdiq etdi və Sahib Babayevin prokurorluq orqanına yalan ifadə verməsi sübut olundu”. Daha sonra təqsirləndirilən şəxs növbəti vəsatətlə çıxış etdi. “Sahib Babayevin yalan ifadə verməsinin səbəbinin araşdırılması, həmçinin yol-nəqliyyat hadisəsi ilə bağlı 4 şahidin hansı əməliyyat tədbirləri ilə müəyyən edilməsinə açıqlıq gətirməsi üçün şahid qismində məhkəməyə dəvət etməyinizi xahiş edirəm. Çünki şahidlərin yalançı olduğu məlumdur. Onlardan biri hadisənin saat 14.00-da,digəri isə 15.00-da baş verdiyini deyir. Halbuki hadisə saat 12.20-də baş verib” - deyə Q.Məmmədov bildirdi.
Daha sonra Q.Məmmədov şahid Ədilə Məmmədovaya sual verərək, Pərviz Abbasova hədə-qorxu gəlib-gəlmədiyini soruşdu. Şahid isə belə bir halla rastlaşmadığını bildirdi. Q.Məmmədov növbəti vəsatətlə çıxış etdi: “Mənə qarşı Cinayət Məcəlləsinin 299-cu maddəsinə əsasən ittiham irəli sürülüb ki, guya mən zərərçəkmişi və şahidi hədə-qorxu yolu ilə ələ almışam. Halbuki nə zərərçəkmiş, nə də şahid ifadələrində bu ittiham təsdiqini tapmır. Buna görə də, barəmdə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edirəm” - tələb etdi. O həmçinin hadisə yerinə baxış keçirilməsi və hadisənin baş verməsi ilə bağlı məhkəmə ekspertinin keçirilməsi barədə də vəsatət qaldırıb.
Qurban Məmmədovun verdiyi vəsatətlərdən yalnız biri - həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət müzakirəyə çıxarılıb. Prokuror vəsatətə etiraz edib və təmin edilməməsini istəyib. Müşavirə üçün fasilə verən hakim, qayıtdıqdan sonra vəsatətin təmin edilməməsi ilə bağlı qərarı elan etdi. Digər vəsatətlərə isə 23 oktyabra təyin edilmiş növbəti prosesdə baxılacaq.
Qeyd edək ki, Qurban Məmmədova qarşı ötən ilin sentyabr ayında baş vermiş avtoqəza ilə bağlı olaraq, Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb və bu il iyunun 4-də barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 299.1-ci (Şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma) maddəsi ilə yeni ittiham elan edilib.
Qurban Məmmədov həbsini siyasi sifariş olduğunu bəyan edərək, Milli Şurada aktiv siyasi fəaliyyəti, radikal çıxışları ilə əlaqələndir.

Oxşar xəbərlər
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb