Qazaxıstan Parlament Məclisinin sədri Sahibə Qafarovaya zəng etdi
Siyasət
1295
27 Dec 2024 | 17:38

Qazaxıstan Parlament Məclisinin sədri Sahibə Qafarovaya zəng etdi

Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
 
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a bildirilib ki, Qazaxıstan Parlament Məclisinin sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
 
Parlament Məclisinin sədri öz adından və qazaxıstanlı deputatlar adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbir diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
 
Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək, öz növbəsində bu təyyarə qəzasında Qazaxıstan vətəndaşlarının da həlak olması ilə əlaqədar Yerlan Koşanova başsağlığı verib, onların ailələrinə və yaxınlarına səbir diləyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər