Arzusu doğulduğu şəhəri görmək idi - Qəzada həlak olan Mahmudun atası danışdı
Cəmiyyət
2979
26 Dec 2024 | 12:53

Arzusu doğulduğu şəhəri görmək idi - Qəzada həlak olan Mahmudun atası danışdı

"Mahmud Vladiqafqazda anadan olub, yaş yarıma qədər orada yaşayıb, sonra Azərbaycana köçmüşük. İstirahət məqsədilə əmilərinin yanına gedirdi".
 
Bunu Teleqraf.com-a Qazaxıstanın Aktua şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarədə həlak olmuş Mahmud Tutunçuyevin atası Muhuma Tutunçuyev deyib.
 
“Məktəbi Sumqayıt şəhərində oxuyub. Bakı Avrasiya Universitetinin 3-cü kursunda təhsil alır, evin tək uşağıdır”, - deyə o əlavə edib.
 
Muhuma Tumuçuyev üç qardaşının Vladiqafqazda yaşadığını və Yeni illə əlaqədar Mahmudun əmilərinin yanına getdiyini bildirib: “Arzusu doğulduğu şəhəri görmək olub. Təyyarəyə minəndə telefonla danışdıq. Aeroportdan dostu yola salmışdı. Daha sonra heç bir xəbər ala bilmədik. Acı xəbəri sosial şəbəkələrdən öyrəndim”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər