Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gecə Argentinanın “River Pleyt” və Braziliyanın “Qremio” komandaları arasında keçirilən qadınlararası Libertadores Kubokunun yarımfinal matçında qalmaqal baş verib.
Moderator.az Publika.az-a istinadən xəbər verir ki, Braziliya komandasının qolundan sonra xoşagəlməz hadisə yaşanıb.
“River Pleyt”in futbolçusu Kandela Diaz qaradərili həmkarına meymunu təqlid edən jestlər edib. O və komanda yoldaşları rəqibi fiziki zorakılıqla hədələyiblər.
Nəticədə hakim Kandela da daxil olmaqla "River Pleyt"in 6 futbolçusuna qırmızı vərəqə göstərib. Futbol qaydalarına görə oyunda yetərsaylıq pozulduğuna görə oyun dayandırılıb.
"Qremio"ya texniki qələbə verilib və komanda turnirin finalçısı kimi elan edilib.