Ətin qiymətinin BAHALAŞMA SƏBƏBİ BU İMİŞ
İqtisadiyyat
3067
03 Nov 2024 | 12:39

Ətin qiymətinin BAHALAŞMA SƏBƏBİ BU İMİŞ

Ətin qiyməti yenə bahalaşıb.Bahalıq artıq Bakının kənd və qəsəbələrində də müşahidə olunur. Sakinlər bildirir ki, ötən il 13 manat 50 qəpiyə satılan mal ətinin qiyməti 15 manata çatıb. Ətin qiymətinin bahalaşmasının səbəbi nədir?
 
Məsələ ilə bağlı Moderator.az -a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov danışıb. O qeyd edib ki, ətin qiymətinin bahalanması yerli istehsalın azalmasının birbaşa rolu var:
 
“Ətə olan təlabatın 90-95 faizini biz yerli istehsal, daxili imkanlar hesabına ödəyirdik. Amma sonradan aqrar sektorda planlaşdırılmamış siyasətin həyata keçirilməsi nəticəsində bir sıra kənd təsərrüfatı məhsullarının istehsal tədarükünü artırmaq məqsədilə atılan addımlar nəticəsində heyvandarlıq ölkədə azalmağa başladı. Bu da onunla əlaqədar oldu ki, örüş yerləri azaldı, heyvandarlığın inkişafı üçün tələb olunan yem  məhsulunun əldə olunması çətinləşdi. Məsələn, kənd yerlərində fərdi təsərrüfatda ən azı beş baş mal saxlayan sakin var idisə getdikcə artıq bu qeyri-mümkün hala gəlib çıxdı, böyük fermer təsərrüfatlarında da heyvanların sayı azalmağa başladı. Ona görə də idxal genişləndi və artıq bir neçə ildir ki, biz daxili tələbatı ödəmək üçün ət idxal etməyə məcbur məcbur olduq. Amma qeyd edim ki, idxal nə qədər çox genişlənməkdə olsa da, qiymətlərə təsir etmir, ona görə ki, idxal olunan ət yerli istehsal olunan ət məhsulundan ucuz və keyfiyyətsizdir”.
Pərviz Heydərov bildirib ki, idxal olunan ət məhsullarından yalnız emalda istifadə olunur: "Bunlara dönərxanaları, kolbasa və digər ətdən hazırlanan məhsulları misal gətirmək olar. Pambıqçılığın inkişafı ilə bağlı atılan addımlar nəticəsində və digər kənd təsərrüfatı məhsullarının tədarükünü genişləndirmək, ixrac məqsədilə artırmaq istiqamətində atılan addımlar nəticəsində heyvandarlığın inkişafı üçün tələb olunan bir sıra amilləri nəzərdən qaçırmaq lazım deyil. İndi görünən budur ki, heyvandarlığın inkişafına dövlət aqrar sektorunda təcili  maliyyə ayrılmasa, addımlar atılmasa, ət məhsulunun qiymətinin artması davamlı xarakter alacaq və orta perspektivdə ətin 1 kq qiyməti 20 manatdan yuxarı təşkil edəcək”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər