Bizi sosial şəbəkələrdən izləyin:
İqlim dəyişikliyinin təsiri hər gün fərqli bir nöqtədə təsirini göstərir.
Moderator.az xəbər verir ki, hazırda Konyanın Akgöl bölgəsində sular çəkilərkən maraqlı görüntülər ortaya çıxıb, flaminqolar çatlamış torpaqda pozalar verib.
Türkiyənin ən əhəmiyyətli sulak ərazilərindən biri olan Akgöl Konyanın Ereğli rayonunda yerləşir.
İqlim dəyişikliyi səbəbiylə quraqlıqdan çox təsirlənən Akgöldə sular çəkilərkən maraqlı görüntülər yaranıb.
Qurumaq ərəfəsində olan Akgöl bataqlığında miqrasiya yolunda olan flaminqolar çatlamış torpaqda aşkarlanıb.
Akgöl 1992-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən "Birinci Dərəcə Mühafizə Ərazisi" elan edilmiş, 1995-ci ildə Meşə Nazirliyi, Milli Parklar və Heyvanları Mühafizə Baş Müdirliyi tərəfindən "Təbiəti Mühafizə Ərazisi" olaraq qəbul edilmişdir.
Türkiyədə səlahiyyətli orqanlar və müxtəlif ekoloji təşkilatlar bu təbii mirasın qorunması üçün müxtəlif layihələr və təşəbbüslər həyata keçirirlər. Akgölün su ilə örtüldüyü dövrlərdə onun çox hissəsi qamış bitkiləri ilə örtülür.