Dünyanın ən çirkli havası olan şəhər açıqlandı
Dünya
1608
02 Nov 2024 | 18:45

Dünyanın ən çirkli havası olan şəhər açıqlandı

Dünən qeyd olunan Divali Festivalından (İşıqlar Festivalı) sonra bu səhər aparılan ölçmələrə görə, Hindistanın paytaxtı Yeni Dehlinin dünyanın ən çirkli havasına malik şəhər olduğu məlum olub.
 
Bu barədə Havanın Keyfiyyəti və Havanın Proqnozlaşdırılması və Tədqiqatları Sistemindən (SAFAR) bildirilib.
 
Məlumata görə, havadakı zərərli hissəciklərin miqdarını ölçən “PM (partikulyar maddə) 2,5” nisbəti 300-400 səviyyəsinə çatdıqda havanın keyfiyyəti “aşağı”, 400-500 səviyyəsinə çatdıqda isə “şiddətli” olaraq xarakterizə edilir.
 
Hindistan mətbuatında yer alan xəbərlərə görə, Divali Festivalı çərçivəsində şəhərin bir çox yerində maye qazlarının istifadəsi nəticəsində paytaxtda “PM 2,5” dərəcəsi bəzi bölgələrdə kubmetr üçün 900 mikroqrama yaxınlaşıb.
 
Bu o deməkdir ki, Yeni Dehlidə havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) insan sağlamlığı üçün yuxarı həddi hesab etdiyi səviyyədən 23 dəfə çoxdur.
 
Yeni Dehli və Hindistanın şimalındakı bəzi şəhərlər hər il oktyabr və yanvar ayları arasında ciddi hava çirkliliyi ilə üzləşirlər. Bu vəziyyət bir çox biznesin fəaliyyətinin dayandırılmasına, məktəblərin və ofislərin bağlanmasına səbəb olur.
 
Publika.az
Link kopyalandı!
Son xəbərlər