1457
02 Nov 2024 | 16:18

"Trampın qələbəsi Ukrayna üçün kazino oyununu xatırladacaq" -  "The Guardian"

 
"Trampın seçkilərdə qalib gəlməsi Ukrayna üçün kazino oyununa bənzəyəcək: o, böyük məbləğdə uduş əldə edə, amma hər şeyini itirə də bilər..."
 
Ukrayna məmurları ABŞ prezidenti seçkilərində Donald Trampın mümkün qələbəsini riskli stavkaların olduğu kazino oyununa bənzədir, bu oyunda Ukrayna çox uduş əldə edə, yaxud hər şeyini itirə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
 
Nəşr yazır ki, Ukrayna məmurlarını dəfələrlə Konqresdə Ukraynaya yardım paketlərini əngəlləyən və Moskva və Kiyevi yanvar ayında andiçmə mərasiminədək sövdələşməyə məcbur edəcəyini vəd edən Donald Trampın mövqeyi narahat edir.
 
Nəşr qeyd edir ki, Ukraynanın yüksək vəzifəli məmurlarından biri birbaşa bəyan edib ki, "Tramp Ukraynanı narahat edir".
 
"Hamı anlayır ki, Ukrayna Trampın heç vecinə də deyil, Trampın prezidentliyi Ukrayna üçün kazino oyununa bənzəyəcək. Biz böyük məbləğdə uduş əldə edə, yaxud hər şeyimizi itirə bilərik", - bunu nəşrə Ukraynanın güc strukturlarındakı mənbə deyib.
 
Lakin, onun sözlərinə görə, getdikcə müharibədən yorğunluq artır və bəziləri belə riskli stavkalara getməyə hazırdır.
 
"Tramp Putin üçün sərfəlidir, çünki o, xaos yarada bilər, lakin o, həm də faydasız ola bilər, çünki Putin təşəbbüsün başqalarında olmasını xoşlamır", - mənbə deyib.
 
ABŞ-da prezident seçkiləri və Ukrayna
 
Məlum olduğu kimi, prezident kreslosu uğrunda hazırkı vitse-prezident, sosial-demokrat Kamala Harris və Amerikanın sabiq lideri, respublikaçı Donald Tramp mübarizə aparır.
 
Harris seçkidə qalib gələcəyi təqdirdə Rusiya təcavüzünə qarşı mübarizədə Kiyevə yardım göstərməyi vəd edib.
 
Tramp isə Ukraynaya yardım məsələsinə skeptik yanaşır və deyir ki, Ukrayna hakimiyyəti müharibədən yan keçə bilərdi.
 
Bu zaman o, qələbə qazanacağı tədirdə tez bir zamanda müharibəyə son qoya biləcəyini vəd edib.
 
Bundan öncə Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampın bununla bağlı fikirlərini şərh edərkən deyib ki, respublikaçının Ukraynaya dəstəyini davam etdirəcəyinə ümid edir.
 
Xatırladaq ki, Tramp həmçinin bəyan edib ki, Rusiya ilə Çin arasında ittifaqı dağıtmaq niyyətindədir, çünki bu ittifaq Birləşmiş Ştatlar üçün təhlükə törədir.
 
Qalmaqallı jurnalist Taker Karlsona müsahibəsində o, əmin edib ki, məhz prezident Co Baydenin siyasəti bu ölkələrin yaxınlaşmasına kömək edib.
Link kopyalandı!
Son xəbərlər