İdman
1733
01 Nov 2024 | 22:26

"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"

"Düşünürəm ki, meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi".
 
"Report" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Qarabağ"a qarşı Misli Premyer Liqasının XII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
 
Təcrübəli mütəxəssis güclü rəqibə qarşı mübarizə apardıqlarını bildirib:
 
"Stadionda bizi dəstəkləyən azarkeşlər maraqlı qarşılaşma izlədilər. Ümumi götürsək, oyundan razı qaldım. Bəzi məqamlarda futbolçularımız səhvə yol verdilər. Düşünürəm ki, meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi".
 
Qeyd edək ki, XII turun görüşündə "Turan Tovuz" doğma meydanda "Qarabağ"la qolsuz heç-heçəyə razılaşıb.
Link kopyalandı!
Son xəbərlər