Ekskluziv
1467
01 Nov 2024 | 16:33

"İsrail Yaxın Şərqdə strateji gerçəkliyi dəyişir" - Binyamin Netanyahu

 
"HƏMAS Qəzzada daha hakimlik etməyəcək, "Hizbullah" daha şimal sərhəddimizdə olmayacaq, indi bizim əllərimiz İranın istənilən nöqtəsinədək çata bilir..."
 
İsrail baş naziri Binyamin Netanyahu bəyan edib ki, İsrail Müdafiə Ordusu planlı şəkildə "şər oxu"nu dağıdır. "HƏMAS Qəzzada daha hakimlik etməyəcək, "Hizbullah" daha şimal sərhəddimizdə olmayacaq".
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Baad-1" bazasında zabit kurslarının başa çatması mərasimində çıxışı zamanı bəyan edib.
 
Baş nazir Livanda vəziyyətin diplomatik nizamlanması barədə danışıqları şərh edib. "Bütün saziş və qətnamələrə hörmətlə yanaşaraq, həlledici əhəmiyyət kəsb edən kağızılar deyil, təhlükəsizliyi təmin etmək, hücumların qarşısını almaq və təzyiqə və xarici şəraitə rəğmən, düşmənlərmizin sürətlə silahlanmasının qarşısını almaqdır", - o, öz mövqeyini izah edib.
 
İrana gəldikdə, Netanyahu iddia edib ki, bu ölkə liderlərinin xoruzlanması cəhdləri İsrail Müdafiə Ordusunun İranda həmişəkindən daha sərbəst hərəkət etməsinə nail olması faktını gizlədə bilməz. "Bizim əlimiz bu ölkənin istənilən nöqtəsinədək çata bilir", - o, izah edib.
 
Daha sonra Netanyahu xatırıadıb ki, HƏMAS-ın hücumundan iki gün sonra, oktyabrın 9-da o, deyib ki, İsrail "Yaxın Şərqin simasını dəyişəcək".
 
"Təxminən bir il sonra, bu ilin sentyabrında mən Yaxın Şərqdə strateji gerçəkliyi dəyişəcəyimizi demişəm. Biz hələ də hadisələrin qaynar mərhələsindəyik. Mən düşmənlərimizin gücünü azaltmıram. Lakin biz mübarizəmizi əzmlə və ölçülüb-biçilmiş şəkildə davam etdirəcəyik", - o, deyib.
 
"Müharibənin əvvəlində biz xaricdən və daxildən böyük təzyiqlərə tab gətirdik və öz qərarlarımızda dövlətimizin təhlükəsizlik maraqlarını rəhbər tutduq. Mən Birləşmiş Ştatların dəstəyini yüksək qiymətləndirirəm. İmkan daxilində onların mövqeyi ilə razılaşıram, lazım gələndə onlara "yox" deyirəm", - baş nazir vurğulayıb.
 
Netanyahunun çıxışı zamanı toplaşanlar arasında "Günahkar sənsən!", "Sənə ayıb olsun!" və "Bibi, əhsən sənə!" şüarları səsləndirilib.
 
İsrail müdafiə naziri Yoav Qalant mərasimdəki çıxışında deyib ki, "HƏMAS daha hərbi təşkilat kimi deyil, yalnız terrorçu mafiya kimi fəaliyyət göstərir. 
 
"Şimalda "Hizbullah"ın planı tam iflasa uğrayıb, onun komandanlıq zənciri və atəş gücünün böyük hissəsi dağıdılıb. İsrail Müdafiə Ordusu əsgərlərinin qəhrəmancasına mübarizəsi "Hizbullah"ı sərhəddən geri çəkilməyə vadar edib", - müdafiə naziri deyib.
Link kopyalandı!
Son xəbərlər