Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
Şou-biznes
1454
01 Nov 2024 | 14:42

Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO

Bəstəkar-müğənni Murad Arif müğənni Natavan Həbibi ilə mahnı qalmaqalından danışıb.
 
Bu barədə Murad Aynur Xəlilovanın “Hərşeyşünas” layihəsində açıqlama verib. 
 
O bildirib ki, Natavanın yer aldığı reklamda onun bəstəsi olan “Damlalar” mahnısına görə ondan razılıq alınmayıbmış:
 
“Zaman-zaman bir çox insanlarla münasibətlərimin turş, ya da şirin dövrləri olub. Özü də ən super ulduzlarla... Lakin bunu heç vaxt mediaya çıxarmamışam. Çünki bu şeyləri həmişə kulisdə həll etmişəm, Allaha şükür ki, hamıya münasibət normaldır. Mahnı reklamda ifa olundu. Mənim bütün tələblərim də şirkətlə bağlı idi. Bu əsnada fikriləşdim ki, mahnının razılığı alınıb, oxunub, reklam çəkilibsə, sənət dostumla müzakirə edəcək mövzum yoxdur. Söz və musiqi müəllifi var, nə icazə alınıb, nə ünsiyyət qurulub, nə də danışılıb. Mən şirkətlə məsələni həll etdim, anlayışla qarşıladılar. Şirkətlərdə bəzən belə olur. Məhkəməyə getmədi, astanasından qayıtdı. Sənət dostumla bağlı məsələ deyildi, bu stiuasiyada maksimal şəkildə onu qorumağa çalışdım, ünsiyyət yaratmadım. İndi ünsiyyətimiz yoxdu, amma harada görsəm, yazılan nəğmələrə, illərə xatir müsbət hisslər və emosiyalarla görüşəcəm. Başqa məqam odur, mənim üçün müəmmadır, işlər necə belə ola bilir? 

Mən şou-biznes adamı olduğum üçün birmənalı olaraq sənətçini qınaya bilmirəm. Bir də görürsünüz, bizə gəlirlər ikinci, üçüncü, dördüncü dərəcəli adamlar başqa cür danışırlar. Hadisə bir az başqa cür gedir. Mən bunu zamana buraxmışam. Ciddi bir məsələ deyil. Heç zaman heç bir sənətçi ilə münasibəti korlamaram. Buna bir əsas da olmayıb. Düzdür, ilk dəfə reklamda mahnımı eşidəndə şok keçirdim. Tərəzi xislətimlə müxtəlif fikirlərə düşdüm, dedim verin telefonu, sonra düşündüm ki, lazım deyil. İndi vaxt keçib, şirkətlə razılaşmışıq. Paylaşımda da qeyd etdim ki, rahat istifadə edə bilərlər. Sivil dünyada belədir ki, ifaçı bəstəkara bildirməlidir. Burda belə olmamışdı. Təbii ki, qonorar bəstəkara çatmalıydı, çatmamışdı, amma çatdı. Xoşagəlməz bir epizod kimi ötdü, keçdi. Heç bir incikliyim ola bilməz. Xüsusilə də mahnılarıma həyat verən sənətçilərə böyük sevgim var. Bu ərəfələrdə paylaşımlar etdilər, xəbər səhifələrində məlumat dərc olundu. Haradansa xəbər tutublar ki, ortada mahnı davası var.

Mən də şərhlərlə maraqlanıram axı... Orada bir səhifə var idi, bioqrafiyasına yazmışdı ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alır. Yəni, sənin hüquqdan anlayışın olmalıdır. Küçə jarqonu ilə yazıb ki, vaxtında od qiymətinə mahnını alıb, sevdirib, indi onundur, harada istəsə, oxuyar. Savadsız bir fikirdir, lakin BDU-nun Jurnalistikasını bitirən qız yazıb bunu. Bu məsələdə yadımda qalan bu şərh idi. Təbii ki, hüquqlar bəstəkardadır. Bəlkə də sənət dostuma da, şirkətə də deyiblər ki, Murad bizlikdir. Üz-üzə danışmamışdıq, heç dava da olmayıb. Biz məsələni olmamış kimi keçdik. Əsas odur razılaşma oldu. İnanıram ki, səhnəmizin gözəl səsi öz qonorarını alıb, onun da ürəyi rahat olsun ki, bəstəkarı artıqlaması ilə ödənişini aldı, şirkətdə yaxşı şəkildə reklamını etdi”.  (olay)

Link kopyalandı!
Son xəbərlər