Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
Digər
1752
01 Nov 2024 | 13:30

Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?

Qadınların  pensiya yaşı  Rusiyada 58, Türkiyədə 58, Gürcüstanda 60 yaş müəyyən olub. Azərbaycanda isə qadınların yaş həddi iyulun 1-dən 64 yaş müəyyən olub.
 
“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
 
Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
 
Bu barədə Moderator.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov qeyd edir ki, ölkədə hazırkı pensiya-sığorta sistemi mexanizmi vətəndaşlara 65 yaşdan tez pensiyaya çıxmaq imkanı vermir:
 
“Hər şey vətəndaşın əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları, yığa bildiyi pensiya kapıtalı, iş stajı və s. asılıdır. Bunlar elə təşkil olunmalıdır ki, vətəndaşın gələcəkdə əldə edəcəyi aylıq pensiya məbləği qaneedici olsun, Dövlət Sosial Müdafiə Fondu (DSMF) dövlət büdcəsindən asılı olmasın. Hazırkı yaş həddi bu məsələlər nəzərə alınaraq müəyyən edilib”.
 
Ekspert  vurğulayır ki, qadınlarda bu proses 2027-ci ilin iyulun birində başa çatacaq, yəni onlarda pensiya 65 yaş müəyyən olunacaq:
 
 “Qadınların əmək pensiyasına çıxmaq üçün yaş həddi kişilərdən az olmalıdır. Misal üçün, qadınlarda  pensiya yaşı 63 yaş müəyyən olsa, daha yaxşı olar. Amma hələlik ölkədə Dövlət Sosial Müdafiə Fondunun maliyyə vəziyyəti, yəni dövlətin maliyyə imkanları, ümumiyyətlə, pensiya, sığorta sisteminin bugünkü vəziyyəti buna imkan vermir. Buna o vaxt imkan yaranacaq ki,  hər kəs işlədiyi müddətdə əmək haqqının ödədiyi sosial sığorta ayırması hesabına tələb olunan səviyyədə pensiya kapitalı yığacaq və ona uyğun da bir qədər aşağı yaşda sosial problemlər üçün 63 yaşda əmək pensiyası hüququ əldə etmək imkanı əldə olunacaq. Hələlik mövcud maliyyə vəziyyəti, pensiya, sığorta sisteminin real imkanları buna şərait yaratmır”.
 
Mehin Mehmanqızı
 
 
 
Link kopyalandı!
Son xəbərlər