Ekskluziv
5952
29 Oct 2024 | 12:51

"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW

 
"Rusiyanın işçi qüvvəsi və istehsal gücləri, demək olar ki, tükənib və müharibəni davam etdirmək üçün resursları yetərli deyil..."
 
İqtisadi problemlər və insan resurslarının çatışmazlığı ucbatından Rusiya hakimi Vladimir Putinə Rusiya ordusunu resurslarla necə təmin etmək və ya müharibənin aparılması üsülunu necə dəyişməklə bağlı mühüm qərarlar vermək lazım gələcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
"Müharibə xərcləri artacaq, çünki Rusiya cəbhədə insan resursları və maddi vəsaitlər xərcləməkdə davam edir və Putin sonsuzluğadək uzun müddət ərzində bu xərclərlə hesablaşmaya bilməz.
 
Rusiya iqtisadiyyatı yanma nöqtəsinə çatacaq. Bu, Rusiya cəmiyyətinə böyük ziyan vuracaq, bu da Putini ordunu resurslarla necə təmin etmək və ya müharibınin aparılması üsulunu necə dəyişməklə bağlı mühüm qərarlar verməyə vadar edə bilər", - hesabatda deyilir.
 
 
Analitiklər qeyd edir ki, Rusiya iqtiasadiyyatı və hərbi səylər getdikcə daha çox yüklənir, bu da Putinin uzunmüddətli perspektivdə müharibə aparmaq qabiliyyətini sarsıdır.
 
Analitiklər Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın 2024-cü ilin iyulunda xəbərdarlığını xatırladır. O zaman Nabiullina bəyan edib ki, "Rusiyanın işçi qüvvəsi və istehsal gücləri, demək olar ki, tükənib".
 
Analitiklər qeyd edir ki, Putin daha bir qismən və ya ümumi səfərbərliyin onun rejimi üçün baha başa gələcəyini anlayır, ona görə də kriptosəfərbərlik səylərini artırır, bu da Rusiya iqtisadiyyatını daha da çox yükləyir.
 
"Bu yaxınlarda Şimali Korerya qoşunlarının Kursk vilayətində döyüş əməliyyatları zonasında yerləşdirilməsi bir daha Putinin qüvvələrinin formalaşdırılması sisteminin büsbütün çox zəif olduğunu nümayiş etdirir", - hesabatda deyilir.
Link kopyalandı!
Son xəbərlər