“Quduzluq xəstəliyinə qarşı vəhşi təbiət helikopterlər vasitəsilə peyvənd olunur” - ÖZƏL + FOTO
Ekskluziv
1645
15 Oct 2024 | 14:17

“Quduzluq xəstəliyinə qarşı vəhşi təbiət helikopterlər vasitəsilə peyvənd olunur” - ÖZƏL + FOTO

İstər ev, istərsə də vəhşi təbiətdə yaşayan heyvanların özünəməxsus xəstəlikləri olur. Bütün bunları əsas tutaraq  heyvanların peyvəndlənməsi prossesi həyata keçirilir.
 
Ümümdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşı Könül Əhmədova Moderator.az-a açıqlamasında bildirib ki, vəhşi təbiətdəki heyvanları peyvəndləmək üçün xüsusi üsullardan istifadə edilir.
 
“Praktikada biz görürük ki, ev heyvanlarından vəhşi heyvanlara müəyyən xəstəliklər keçir, bu xəstəliklər nəticəsində həmin heyvanlar ziyan görür. Və yaxud da əksinə. Buna görə də xüsusilə soyuq havalarda heyvanları xəstəliklərdən qorumaq üçün profilaktik tədbirlər görülür. Ev heyvanları mütəmaddi olaraq peyvəndlənir. Xəstəliklərin yayılmaması üçün bir neçə il bundan əvvəl Azərbaycanda da helikopter vasitəsilə müəyyən profilaktik tədbir görülüb”, - deyə o bildirib.
 
Qeyd edək ki, dünyada helikopterlərin köməyi ilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə geniş tətbiq olunur. Bu üsuldan istifadə edilməsi nəticəsində artıq Amerika Birləşmiş Ştatları, Avstraliya, Yeni Zelandiya və Avropa ölkələrində quduzluq xəstəliyinə rast gəlinmir. Aviasiyanın tətbiqi ilə aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılması Qafqaz regionunda, o cümlədən ölkəmizdə ilk dəfə 2023-cü ildə həyata keçirilib.
Link kopyalandı!
Son xəbərlər