Ekskluziv
2196
12 Oct 2024 | 12:32

"Putin Ukraynada davam edən müharibə səbəbindən çətin vəziyyətə düşüb" - "Newsweek"

 
"Rusiyanın itkiləri sentyabr ayında rekord həddə çatıb, proqnozlar həyəcanlı olaraq qalır..."
 
Ukraynada çox böyük itkilər səbəbindən Putin çətin seçim etməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri yazıb.
 
Qeyd edilir ki, Rusiya prezidenti Vladimir Putin cəbhədə xeyli itkilər fonunda döyüş əməliyyatlarının davam etdirilməsi üçün kəskin hərbi resurslar qıtlığı ilə üzləşir. 
 
Nəşr yazır ki, Rusiya ordusu münaqişə başlanandan 665 mindən artıq itki verib, təkcə bir sutka ərzində həlak olan və yaralanan əsgərlərin sayı mindən çoxdur. Lakin 2022-ci ilin payızında olduğu kimi genişmiqyaslı səfərbərlik Putinun nüfuzuna potensial olaraq zərbə vuracağı səbəbindən az ehtimal edilir.
 
Britaniya hökumətinin məlumatına görə, sentyabr ayında Rusiyanın itkiləri rekord həddə çatıb, qarşıdakı qış aylarına rəğmən, proqnozlar həyəcanlı olaraq qalır. Belə şəraitdə Kreml yeni döyüşçülərin cəlb edilməsi üzrə səylərini artırıb.
 
Ənənəvi olaraq müqavilə ilə xidmət edənlər və ehtiyatda olanlarla yanaşı, Rusiya getdikcə könüllülər, muzdlular, habelə maliyyə stimulları və vətəndaşlıq təklif edilən xarici vətəndaşlardan daha çox istifadə edir.
 
Payız çağırışının gedişində Kreml 133 min yeni əgərin cəlb edildiyini elan edib, lakin xitmətdən yayınma kəskin problem olaraq qalır. Maliyyə ödənişləri yeni əsgərlərin cəlb edilməsinin əsas metodlarından birinə çevrilib. Hökumət 225 min müqavilə ilə xidmət edənlər üçün 90 milyard rubl (939 milyon dollar-red.) vəsait ayırıb.
 
Eyni zamanda insan resursları qıtlığını keçirən Ukrayna daha məhdud ehtiyatlara bel bağlayır. Ekspertlər qeyd edir ki, resursların məhdud olmasına rəğmən, ukraynalı hərbçilər öz ölkəsini müdafiə etmək motivasiyasına malikdir, bu da onları rusiyalı əsgərlərindən fərqləndirən cəhətdir.
 
Getgikcə artan itkilər və mümkün siyasi gərginlik fonunda Putin çətin seçim qarşısındadır: ya öz hücum əməliyyatlarını yumşaltmalı, ya da hətta nüfuzuna xələl gətirsə belə, döyüş əməliyyatlarının davam etdirilməsi üçün yeni resurslar axtarmalıdır.
Link kopyalandı!
Son xəbərlər