Bizi sosial şəbəkələrdən izləyin:
Türkmənistanın paytaxtı Aşqabadda Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
Pezeşkian Aşqabadda Putinlə görüşdə Rusiyanı İsrailin Livan və Qəzza zolağında dinc əhalinin kütləvi ölümünə səbəb olan hərəkətlərinə daha fəal müqavimət göstərməyə çağırıb.
Bu barədə xarici mətbuatda məlumat yayılıb.
Danışıqlarda İran prezidenti qeyd edib ki, Avropa ölkələri və ABŞ Yaxın Şərqdə deeskalasiyanın qarşısını alır və İsrailin “heç bir beynəlxalq hüquqi və humanitar çərçivəni tanımaması səbəbindən regionda vəziyyət kritikləşib”.
Görüş zamanı Putin deyib: "Biz beynəlxalq arenada fəal şəkildə birgə işləyirik və dünyada baş verən hadisələrə qiymətlərimiz çox yaxındır".