Həyat tarixini yenidən yazır: 2 milyard yaşlı CANLI TAPILDI
Ekskluziv
2295
12 Oct 2024 | 08:11

Həyat tarixini yenidən yazır: 2 milyard yaşlı CANLI TAPILDI

Tədqiqatçılar 2 milyard illik qayada yaşayan mikrobları aşkar edib. Yer kürəsinin tarixində indiyə qədər rast gəlinən ən qədim mikrob həyatının nümunələri olan canlıların həyat tarixini yenidən yazmaq imkanı var.

Moderator.az xəbər verir ki, alimlər Cənubi Afrikadakı qayalarda 2 milyard il əvvələ aid mikroblar aşkar edib. 
 
Alimlər Cənubi Afrikada 2 milyard illik qayada Yerdəki ən qədim mikrobları aşkar ediblər. Bu araşdırmanın dünyanın ən qədim mikroblarını ortaya çıxardığı və 2 milyard illik qayadakı mikrobların təkcə Yerin deyil, Marsın da keçmişinə işıq sala biləcəyi qeyd edilib. 
 
Tokio Universitetinin Yer və Planet Elmləri Departamentindən bir qrup tərəfindən edilən kəşf Microbial Ecology jurnalında dərc olunub. 
 
Tokio Universitetindən tədqiqatçı Dr. Yohey Suzuki, "2 milyard illik qayaların yaşayış üçün yararlı olub-olmadığını bilmirdik" dedi.
 
"Canlı mikroorqanizmlərin olduğu aşkar edilmiş ən qədim geoloji təbəqə okean dibinin altında 100 milyon illik çöküntü idi, ona görə də bu, çox həyəcan verici bir kəşfdir."
 
“Bu cür mikrobların DNT və genomlarını tədqiq etməklə biz Yerdəki çox erkən həyatın təkamülünü başa düşə bilərik”-dedi.
Link kopyalandı!
Son xəbərlər