Prezidentin sərəncamı: Yerüstü suların istismarı...
Siyasət
1951
11 Oct 2024 | 21:20

Prezidentin sərəncamı: Yerüstü suların istismarı...

Azərbaycanda 2027-ci ilin sonuna qədər yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən edilməsi planlaşdırılır.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.
 
Bununla bağlı kompleks hidroloji və hidrogeoloji tədqiqatların aparılması, hidroloji, hidrogeoloji və meteoroloji monitorinq məntəqələrinin genişləndirilməsi və yenilənməsi nəzərdə tutulur.
 
Bildirilir ki, bu tədqiqatların nəticələri əsasında müvafiq layihə sənədləri hazırlanacaq və monitorinq məntəqələrinin sayı artırılaraq məlumatlar Elektron Su Təsərrüfatı və İnformasiya Sistemə (ESTİS) inteqrasiya ediləcək.
 
Azərbaycanda bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı, 4,6 milyard kubmetri yerli çay axınları və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan ibarətdir.
 
Bərpa olunan şirin su ehtiyatlarının 17,8 milyard kubmetri (67,9%-i) yerüstü sulardan formalaşır. Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə Azərbaycanın su ehtiyatları məhduddur və bütün regionun su ehtiyatlarının təxminən 15%-ni təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir.
Link kopyalandı!
Son xəbərlər