"Mən üzərində işlədiyim yeni sənədli filmimdə Ukraynada xüsusi hərbi əməliyyat zonasında baş verənlər haqqında əsl həqiqərləri bütün dünyaya göstərmək niyyətindəyəm..."
Məşhur amerikalı aktyor, kinoprodüser, ssenarist və kinorejissor Stiven Siqal Kremlin sifarişi ilə "Ədalət naminə" təbliğat xarakterli sənədli film çəkib. Moskva hakimiyyəti bu filmi artıq "smotrim.ru" mediaplatformasında yerləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri məlumat yayıb.
Filmin gedişində müəllif Ukraynanın "Azov" taborunun əsir döyüşçülərini göstərir və onları "nasist" və "milliyyəti və dini olmayan" adamlar adlandırır.
Ukraynalı hərbi əsirlərin silahsız və mühafizə altında olmasına rəğmən, keçmişdə məşhur Hollivud aktyoru və aykido ustası onların yanına getməkdən çəkinib və qalın məftilli hasarın arxasından söhbət etməyə üstünlük verib.
2018-ci ildə Stiven Siqal Rusiya XİN-in Rusiya-Amerika humanitar əlaqələr məsələləri üzrə xüsusi nümayəndəsi olub, bu postda "mədəniyyət, elm, təhsil, incəsənət və idman sahələrində layihələrlə" məşğul olub.
Lakin amerikalı kinomatoqrafçının yeni işi büsbütün Kremlin nöqteyi-nəzərinə hopub və kobud antiUkrayna təşviqatına bürünüb.
Üstəlik, görünür, tərəddüd edən rusiyalı çağırışçıları həvəsləndirmək üçün 71 yaşlı Stiven Stiqal öz filmində bəyan edib ki, lazım gələrsə, ukraynalılara qarşı Rusiyanın tərəfində döyüşməyə hazırdır.
"Müharibənin ertəsi günü mən məktub yazdım və əmin idim ki, böyük ehtimalla, bu məktub prezidentə yetəcəkdir, - rejissor filmində deyir. - Məktubumda mən ona yazmışam ki, indi kimin bizim həmvətənlərimiz, kimin dostlarımız və kimin düşmənlərimiz olduğunu görəcəyik. Mən öz prezidentimin tərəfindəyəm və onun tərəfində döyüşəcəyəm".
Öz vətənpərvərilik ehtirasında Siqal guşa gələrək əlavə edib ki, "lazım gələrsə, o, "öz prezidenti uğrunda" ölməyə hazırdır.
Xatırladaq ki, Stiven Siqal 1952-ci ildə anadan olub. O, 1980-1990-cı illərdə döyüş filmlərinin dəyişməz qəhrəmanı kimi məşhurlaşıb. Ən çox uğur qazanan filmləri "Mühasirədə", "Ölümcül təhlükədə", "Ədalət naminə" (Rusiya-Ukrayna savaşı barəsində sözügedən film eyniadlıdır) filmləri olub. Siqal aykido və katate ustasıdır, digər döyüş sənətlərini də bilir.
Artist yəhudi mənşəli babası Natan Zigelman və ata tərəfdən nənəsi Dora Qolşteynlə birgə Sankt-Peterburqdan ABŞ-a köçüb. Özünü "monqol" hesab edir və deyir ki, əcdadları Buryatiyanın cənubundakı Kyaxta şəhərindəndir. Stiven Siqal 2016-cı il noyabrın 3-də Rusiya vətəndaşlığı alıb, pasportu ona şəxsən Vladimir Putin təqdim edib.
"Hazırda xüsusi hərbi əməliyyat zonasında baş verən hadisələr haqqında sənədli film üzərində işləyirəm. Çünki bunun böyük vəzifə olduğu qənaətindəyəm. Bütün dünyaya əslində nə baş verdiyini, əsl həqiqətləri söyləmək, bunun ABŞ, NATO və digər dövlətlərin dediyi kimi hərbi müdaxilə olmadığını göstərmək niyyətindəyəm", - aktyor bəyan edib.
"Mən bir çox rusiyalı əsgər və zabitlərlə ünsiyyətdə olmuşam, eyni zamanda Ukrayna sakinləri ilə də söhbət etmişəm. Ukraynalıların, yerli əhalinin ölkələrində nasistlərin olmadığını hesab etməsi mənim üçün şok olub", - Siqal əmin edib.