Ekskluziv
1706
11 Oct 2024 | 12:45

"Ukraynanın Qərb silahı ilə Rusiyaya zərbələrə icazə verilməsi müttəfiqlərin işidir" - NATO baş katibi

 
"Hər hansı konkret silaha köklənməyə dəyməz, bu, vəziyyəti dəyişməyəcək..."
 
NATO-nun baş katibi Mark Rütte bəyan edib ki, Ukraynanın Qərb silahından təcavüzkar ölkə Rusiyanın dərinliyinə zərbələr üçün istifadə edilməsinə icazə verilməsi məsələsi "ayrı-ayrı müttəfiqlərin işidir".
 
Moderator.az xəbər verir ki, bu barədə o, Londona səfəri zamanı bəyan edib. Məlumatı "ura.news" nəşri yayıb.
 
"Hüquqi cəhətdən bu, mümkündür, çünki Ukraynanın hüquqi cəhətdən Rusiyada hədəflərin Ukraynaya təhlükə törədəcəyi təqdirdə onları məhv etmək üçün öz silahından istifadə etmək hüququ var. Lakin nəticə etibarilə hər şey ayrı-ayrı müttəfiqlərdən asılıdır", - baş katib vurğulayıb.
 
Rütte deyib ki, bu məsələ Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniya baş naziri Kir Starmer ilə görüş zamanı müzakirə edilib.
 
"Biz bunu müzakirə etmişik, hər şey nəticə etibarilə ayrı-ayrı müttəfiqlərdən aslıdır",- baş katib təkrar edib. Eyni zamanda Rütte qeyd edib ki, Ukrayna üçün uzaqmənzilli silahlardan Rusiyanın dərinliyinə zərbələr endirilməsi məsələsində hər hansı dəyişiklik yoxdur. 
 
Rütte deyib ki, hər hansı bir silah növünə köklənməyə dəyməz. Hansısa konkret silah vəziyyəti dəyişməyəcək, o, bəyan edib. Rütte həmçinin qeyd edib ki, il ərzində Ukraynaya təkcə Britaniya 3 milyard funt sterlinq xərcləyib, həmçinin ABŞ Kiyevə 8 milyard dollarlıq yeni yardım paketi təsdiq edib. 
 
Bundan öncə Rütte Qərb silahl ilə Rusiya ərazisinə zərbələr endirilməsinə dəstək verib. Sonradan o, dəqiqləşdirib ki, Alyans belə zərbələrə məhdudiyyətlərin götürülməsi ilə bağlı kollektiv qərar qəbul etmir, bu barədə müttəfiq ölkələr özləri düşünməlidir.
Link kopyalandı!
Son xəbərlər