Rusiya Ukraynaya qarşı dron əməliyyatlarında afrikalı qadınlardan istifadə edir... - İDDİA
Ekskluziv
1991
10 Oct 2024 | 22:31

Rusiya Ukraynaya qarşı dron əməliyyatlarında afrikalı qadınlardan istifadə edir... - İDDİA

Rusiya Ukraynaya qarşı dron əməliyyatlarında Afrikadan gətirilən yüzlərlə qadının əməyindən istifadə etməkdədir.

 

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri məlumat verib. Məlumatda qeyd olunur ki, Afrikanın müxtəlif dövlətlərindən – xüsusilə də Uqanda, Keniya, Cənubi Sudan, Nigeriya və s. kimi ölkələrdən gətirilən qadınlar Rusiyadakı zavodlarda İran dronlarının quraşdırılması prosesinə cəlb olunub.

 

Moskvanın bunun üçün afrikalı qadınlara müraciət etməsinin isə bir neçə səbəbi mövcuddur. Bunlardan biri, müharibə səbəbi ilə Rusiyada ciddi işçi qüvvəsi çatışmazlığıdır. İkinci səbəb, Afrikdan gətirilən qadınların yerli işçilərlə müqayisədə daha aşağı maaşla çalışmasıdır. Üçüncü mühüm amil isə xüsusi partlayıcı maddələr daşıyan dronların yığılması prosesində işçilərin kimyəvi zəhərlənmələrə məruz qalmasıdır. Məhz bu üç amil afrikalı qadınların Rusiyanın dron zavodlarında çalışması şərtləndirən əsas amillər hesab olunur.

 

Qeyd edək ki, İran və Rusiya arasında 2022-ci ildə 1,7 milyard dollarlıq müqavilə imzalanıb. Müqavilə Rusiyanın pilotsuz təyyarələrlə təminini nəzərdə tutur.  

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər