Ekskluziv
1816
09 Oct 2024 | 14:55

"NATO Ukraynaya daha çox yardım etməlidir və edəcəkdir" - Mark Rütte

 
"Cəbhədəki vəziyyət Ukrayna üçün mürəkkəbdir, amma Rusiyanın itkiləri çox böyükdür..."
 
Ukrayna Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlanandan ən sərt qışın astanasınsadır, çünki Moskva ölkənin kritik vacib energetika infrasrukturuna hücum etməkdə davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rütte mətbuat konfransında bəyan edib. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
 
"NATO Ukraynaya daha da çox yardım etməlidir və edəcəkdir. Hərbi yardımı nə qədər çox etsək, bu müharibə bir o qədər tez bitəcək", - Rütte deyib.
 
O, vurğulayıb ki, NATO ölkələrinin yardımı "Ukraynanın mübarizəsini davam etməsi üçün həyatı əhəmiyyətlidir".
 
NATO baş katibi cəbhədə vəziyyəti Ukrayna üçün mürəkkəb adlandırıb. Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə nəzarət etməsinə rəğmən, rusiyalılar Donbasda tədricən irəliləyir. Bununla birlikdə Rütte Rusiya təcavüzkarlarının astronomik itkilərini  də qeyd edib.
 
"Rusiyanın itkiləri çox böyükdür. Məndə olan məlumata görə, hər gün onlardan min nəfəri həlak olur və ya yaralanır. Bu, artıq 50 min həlak olan və yaralananlara əlavədir. Amma mənim 2022-ci il fevralın sonundan gördüklərim onu göstərir ki, ukraynalılar cəsurluğu və yaradıcı yanaşmaları ilə Rusiya qüvvələrinə müqavimət göstərə bilir. Onlar bundan sonra da bunu edəcək, amma onların bizim elə indi, bu an yardımımıza ehtiyacı var", - baş katib deyib.
 
Ukraynada müharibə - xəbərlər
 
Xəbər verildiyi kimi, Rusiyanın işğalçı ordusu Toretsk şəhərinə daxil olub. Onlar "Sentralnaya" şaxtasınadək çatıblar. Hərbçilərin sözlərinə görə, şəhərdə vəziyyət kifayət qədər dinamikdir və daima dəyişir.
 
Bundan öncə xəbər verilib ki, Donetsk vilayətinin Uqledar şəhəri uğrunda şiddətli döyüşlərdən sonra rusiyalı qəsbkarlar uğur qazanıb və fəallaşıb, o cümlədən Velikaya Novoselka yaşayış məntəqəsi istiqamətində irəliləyir.
Link kopyalandı!
Son xəbərlər