Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İrəvanın Bakı ilə sülh sazişini nə vaxt imzalayacağını açıqlayıb.
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, o, İrəvanın bir ay ərzində Bakı ilə sülh sazişi imzalamağa ümid etdiyini bildirib:
"Ermənistan ümid edir ki, noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) 29-cu İqlim Sammitinə (COP-29) qədər Azərbaycanla sülh sazişi imzalana bilər".
O vurğulayıb ki, bu, yalnız İrəvandan asılı olsaydı, sənəd indi təsdiqlənərdi. Xaçaturyan gec-tez bu məqamın gələcəyini deyib.