Qəzzada müharibənin bir ili ərzində 41 mindən çox dinc insan qətlə yetirilib
Ekskluziv
1758
07 Oct 2024 | 16:50

Qəzzada müharibənin bir ili ərzində 41 mindən çox dinc insan qətlə yetirilib

 
"Qəzza bölgəsində döyüş əməliyyatları nəticəsində İsrailin 700-dən artıq əsgər və zabiti həlak olub, 4500-dən artıq hərbçisi yaralanıb, ölkəyə 26 min raket buraxılıb..." 
 
İsrail Müdafiə Ordusu Qəzzada müharibənin bir illiyi ilə bağlı hesabat yayıb
 
2023-cü il oktyabrın 20-də HƏMAS terrorçuları İsrailin cənub yaşayış məntəqələrində qətliam törədərək 1200 nəfəri qətlə yetirib və 251 nəfəri girov götürərək Qəzzaya aparıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Qəzza bölgəsi, Livan və İudeya və Samariyada bir illik fəaliyyəti barədə hesabatında deyilir. Məlumatı "israelinfo.co.il" nəşri yayıb. 
 
Hesabatda deyilir ki, döyüş əməliyyatlarının gedişində İsrail Müdafiə Ordusu Qəzza bölgəsində HƏMAS və digər terrorçu qruplaşmalarının təxminən 17 min yaraqlısını, habelə İsrail ərazisində minə yaxın terrorçusunu məhv edib. Ordu HƏMAS-ın 8 briqada komandiri, 30-dan artıq tabor komandiri, 165-dən artıq bölük komandirini aradan götürüb. 
 
Məlumatda deyilir ki, Qəzza bölgəsində müharibə başlanandan 40 mindən artıq terrorçu obyektinə hücum edilib, təxminən 4700 tunel aşkar edilib.
 
Livanda 800-dən artıq yaraqlı qətlə yetirilib, onların əksəriyyəti "Hizbullah"ın üzvləridir. Buraya Livan terrorçularının 90 komandiri daxildir. "Hizbullah"ın təxminən 11 min mövqeyinə hücum edilib. 
 
Müharibə başlanandan İsrailə müxtəlif istiqamətlərdən 26 mindən çox raket, mərmi və dron buraxılıb. Onlardan 13 min 200 raket Qəzza bölgəsindən, 12 min 400-ü Livandan, 60-a yaxını Suriyadan, 180-ı Yəməndən və 400-ü aprelin 13-ü və oktyabrın 1-də İranın iki hücumu zamanı buraxılıb. İraq ərazisindən İsrailə buraxılan dron və raketlərin sayı dəqiqləşdirilmir. 
 
Hesabatda deyilir ki, müharibənin bir ili ərzində İsrail Müdafiə Ordusu 728 əsgər və zabitini itirib, bunlar ehtiyatda olanlar, müddətli hərbi qulluqçular və təhlükəsizlik xidmətlərinin əməkdaşlarıdır. Daha 4500 nəfər yaralanıb. 
 
Onlardan Qəzza bölgəsində yerüstü hərbi əməliyyat zamanı 346 nəfəri qətlə yetirilib və 2299 nəfəri yaralanıb. Ordunun 56 hərbi qulluqçusu Qəzza bölgəsində üzdəniraq "dostcasına atəş" və hərbi əməliyyatlarla bağlı digər bədbəxt hadisələr nəticəsində həlak olub. 
 
Hesabatda həmçinin deyilir ki, müharibənin bir ili ərzində Qəzza bölgəsində 41 mindən artıq dinc sakin qətlə yetirilib. Hazırda Qəzzada İsrailin 101 girovu saxlanılır. 
 
Əlavə edək ki, İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada müharibənin bir ili və hazırda Livanda aparılan hərbi əməliyatlarla bağlı bəyan edib ki, "bütün dünya İsrailin dəmir damarlar, güclü, cəsur və yüksək mənəviyyata malik ordusu olan güclü ölkə kimi görüb".
Link kopyalandı!
Son xəbərlər