Ekskluziv
1793
07 Oct 2024 | 15:22

"Nə qədər ki, mən baş nazirəm, Ukrayna NATO-ya daxil olmayacaq" - Robert Fitso

 
"Qərb rusiyalıları diz çökdürmək istəyir, gəlin, bu rusofobiya əzabından qurtulaq..."
 
Nə qədər ki, mən Slovakiyanın baş naziriyəm, Ukrayna NATO-ya daxil olmayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fitso slovak televiziyasının efirində bəyan edib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.
 
Slovakiyanın baş naziri bəyan edib ki, o, Ukraynanın Avropa İttifaqına üzv olması ilə razıdır, hərçənd, bunun yaxın illərdə baş verəcəyinə inanmır. Lakin o, Ukraynanın NATO-ya üzv olmasına qətiyyən razı deyil.
 
"Nə qədər ki, mən Slovakiyanın baş naziriyəm, mən partiya sədri kimi siyasi nəzarətimdə saxladığım deputatlara rəhbərlik edərək onları Ukraynanın NATO üzvlüyünə qarşı olmasına sövq edəcəyəm", - Fitso deyib.
 
Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması üçüncü dünya savaşının başlanmasına yaxşı əsas olacaq.
 
Bu zaman Fitso, guya, məhz Qərbin Ukraynada müharibə istədiyi barədə əvvəllər ifadə etdiyi tezisi təkrarlayıb. Onun fikrincə, müharibə yalnız ona görə davam edir ki, Qərb ''rusiyalıları diz çökdürmək istəyir".
 
"Slovakiyanın qonşusu olan, həqiqətən slavyanların qətlə yetirildiyi ölkədə hərbi münaqişə mövcuddur və Avropa bu qətllərə əhəmiyyətli dəstək verir", - Fitso bəyan edib və əlavə edib ki, bu münaqişəni hərbi yolla həll etmək mümkün deyil. 
 
Eyni zamanda baş nazir məlumat verib ki, gələn il Üçüncü Reyxin təslim olmasının 80-ci ildönümündə Moskvanı ziyarət etməyi planlaşdırır.
 
"Lütfən, gəlin, bu rusofobiya əzabından qurtulaq. Gəlin, Qırmızı Ordu və ya keçmiş Sovet İttifaqı haqqında müsbət danışanda avtomatik olaraq bizim Putinin hansısa agentləri olduğunu deməyək", - Fitso vurğulayıb.
 
Onun sözlərinə görə, o, sadəcə, Moskvadakı xilaskarlara minnətdarlıq etmək istəyir, çünki "Slovakiyaya azadlıq şərqdən gəlib".
 
Fitsonun digər bəyanatları
 
Xəbər verildiyi kimi, Slovakiya Ukraynadan tranzitlə Rusiya qazını almaqda davam edir. Lakin 2025-ci ildə bununla bağlı problemlər başlana bilər. Ona görə də Slovakiya baş naziri Robert Fitso hökuməti Ukraynanı "tranzitin" saxlanılmasına" inandıracaq.
 
Həmçinin bu günlər baş nazir Fitso bəyan edib ki, Rusiya və Avropa İttifaqının "bir-birinə ehtiyacı var", ona görə də bu birlik müharibədən sonra Moskva ilə münasibətləri bərpa edəcək.
Link kopyalandı!
Son xəbərlər