Bizi sosial şəbəkələrdən izləyin:
44 yaşlı Xalq artisti Emin Ağalarov atası, iş adamı Araz Ağalarovla işbirliyini sonlandırmasından danışıb.
O bu barədə “Diqqət: Sobçak” verilişində danışıb.
Emin Ağalarov “Crocus”u miras almaq istəmədiyini bildirib.
2022-ci ildə Emin “Crocus”da 22 il işlədikdən sonra atasının biznesini tərk edib.
Sənətçi “Crocus”a çox vaxt və səy sərf etdiyini deyib: “Mənim üçün bu çevrilmiş bir səhifədir. Mən ona varis olmaq, onunla heç bir əlaqəmin olmasını istəmirəm. Sözün yaxşı mənasında orada çoxlu zəhmət və vaxt sərf etmişəm. Mən heç kimin köməyi olmadan yalnız mənim olacağım bir şey qurmaq istəyirəm ki, özüm etdiyimi anlayım”.
Eminin sözlərinə görə, əvvəllər özünü yeni layihə həyata keçirmək üçün kifayət qədər güclü hiss etməyib. /News24.az/