Bizi sosial şəbəkələrdən izləyin:
“Öncə bunu qeyd etmək istəyirəm ki, "Sahilsiz Gecə" filmi mənim karyeramda mühüm rol oynayıb. Bu sözü mən hər zaman demişəm və son nəfəsimə qədər də deyəcəm, həyatda əldə etdiyim bütün uğurlara görə Şahmar Ələkbərova borcluyam. Çünki o, məni Zibeyda roluna çəkərək, necə istedadlı bir aktrisa olduğumu hər kəsə göstərdi”
Bunu Moderator.az-a əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Mehriban Xanlarova deyib. O daha sonra filmin efirlərdə ümumiyyətlə yayımlanmamasından danışıb.
“"Sahilsiz Gecə" filmi Sovet İttifaqının dağılmağa doğru getdiyi dövlərə təsadüf edir. Bu illər həm də Qarabağ konfliktinin cücərdiyi dövrlər idi. Rəhmətlik Şahmar müəllim bu filmlə mənəvi müstəvidə mövcud boşluqlara toxunmaq istədi, bu da konservativ düşüncənin ortasında bomba kimi partladı. Hər bir mövzuda film çəkilməlidir. Günlərlə tiktokda üzdən iraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar? Cəmiyyətdə hər əxlaqda adam var. Filmlər onların hansı səbəbdən bu günə düşdüklərini işıqlandırır. Misal üçün "Malena" filmini qəbul edib baxırlar, bu filmə isə ağız büzüb belə “şey bizə aid deyil” deyirlər. Şahmar müəllim olanı çəkib. Real həyatda yaşananlardı, azdımı indiki dövrdə Zibeydələr?! "Sahilsiz Gecə" filmi bizim televiziya kanallarında göstərilməsədə, gənc nəsil belə bir filmin varlığından xəbərdardır. Maraqlanırlar, araşdırırlar və sosial şəbəkələr üzərindən izləyə bilirlər. Bu il Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Milli kinomuza baxış” layihəsi çərçivəsində "Sahilsiz Gecə" filminin premyerası keçirildi. Film layiq olduğu dəyəri uzun illərdən sonra görməyə başlayıb” deyə sənətkar bildirib.