Bizi sosial şəbəkələrdən izləyin:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani İsrailin Beyrutda endirdiyi zərbə nəticəsində öldürülmüş ola bilər.
Bu barədə bir sıra KİV-lər məlumat yayıb.
Onun taleyi ilə bağlı rəsmi məlumat yoxdur ki, bu da SEPAH sıralarında çaşqınlıq yaradır.
Qaani Qasem Süleymanidən sonra SEPAH-ın İran xaricindəki əməliyyatlar üçün əsas qolu olan Qüds Qüvvələrinin komandanı təyin olunub.
Xatırladaq ki, Süleymani 2020-ci il yanvarın 3-də Bağdadda ABŞ pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.