Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda 2024-cü ilin əvvəlində 81 qadın rəhbər vəzifədə çalışıb.
Əvvəlki illərlə müqayisədə rəhbər vəzifə tutan qadınların sayında azalma müşahidə edilib.
Rəhbər vəzifədə çalışan qadınların sayı 2023-cü ilin əvvəlində 86 nəfər, 2020-ci ilin əvvəlində 94 nəfər olub.
Rəhbər vəzifədə çalışan qadınların sayının azalması daha çox yerli icra hakimiyyəti başçısının qadın müavinlərin sayının azalması ilə bağlıdır. 2024-cü ilin əvvəlində icra başçısının müavini vəzifəsində 67 qadın işləyib. Bu say 2023-cü ilin əvvəlində 68, 2020-ci ilin əvvəlində 76 idi.