Meymunçiçəyinə qarşı ilk peyvəndləmə başlayır - ÜST bu ölkədə HƏRƏKƏTƏ KEÇDİ
Dünya
1755
05 Oct 2024 | 23:00

Meymunçiçəyinə qarşı ilk peyvəndləmə başlayır - ÜST bu ölkədə HƏRƏKƏTƏ KEÇDİ

Konqo Demokratik Respublikasında meymunçiçəyinə səbəb olan mpox virusuna qarşı ilk peyvənd olunma kampaniyasına başlanılıb.
 
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu ölkədəki ofisi məlumat yayıb.
 
“Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi ölkəni bürüyən epidemiyanın dayandırılması üçün Şimali Kivu əyalətinin Qoma şəhərində tərəfdaşlarının, o cümlədən Konqo DR-də ÜST-nin dəstəyi ilə mpox virusuna qarşı ilk peyvənd olunma kampaniyasına başlayır”, - deyə bəyanatda bildirilir.
 
Vurğulanıb ki, bu il ölkədə bu virusa 30 mindən çox yoluxma halı qeydə alınıb, minə yaxın insanı xilas etmək mümkün olmayıb.
 
Xatırladaq ki, ÜST daha əvvəl təcili istifadə üçün meymunçiçəyi üçün ilk diaqnostik testi təsdiqləyib. Təşkilat, "Abbott Molecular Inc" testinin təcili istifadəsinə icazə verilməsinin epidemiyalarla əlaqədar sürətli və dəqiq testlərə ehtiyac duyulan ölkələrdə diaqnostik potensialın genişləndirilməsi üçün həlledici olacağını vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər