İsrail çağırış etdi – BMT qüvvələri geri çəkilmədi
Hərb
1648
05 Oct 2024 | 21:41

İsrail çağırış etdi – BMT qüvvələri geri çəkilmədi

Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələri İsrail ordusunun bir sıra yaşayış məntəqələrindən geri çəkilmək çağırışına baxmayaraq, Livanın cənubunda fəaliyyət göstərir.
 
Bu barədə sülhməramlı qüvvələrin rəsmi nümayəndəsi Andrea Tenenti deyib.
 
“Sülhməramlılar bütün mövqelərdə qalırlar və BMT bayrağı dalğalanmağa davam edir. Bizim fövqəladə vəziyyət üçün fəaliyyət planımız var. Ehtiyac yaranarsa, bundan istifadə edəcəyik”, - Tenenti bildirib.
Link kopyalandı!
Son xəbərlər