Bizi sosial şəbəkələrdən izləyin:
İsrail Müdafiə Qüvvələri (IDF) Beyrut ərazisində Livanın "Hizbullah" hərəkatının qərargahına və hərbi obyektlərinə yeni hücumlar edib.
Publika.az xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalında məlumat verilib.
“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrut ərazisində Hizbullahın əlavə komanda mərkəzlərinə və terrorçuların infrastruktur obyektlərinə dəqiq zərbələr endiriblər”, - nəşr yazır.
IDF-nin məlumatına görə, "Hizbullah" Beyrutun mərkəzindəki yaşayış binalarının altına silahlarını qəsdən yerləşdirərək şəhər əhalisini təhlükə altına qoyub. Hücumlardan əvvəl İsrail hərbçiləri yerli sakinlərə təhlükə barədə xəbərdarlıq edib.