Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Livana 157 milyon dollarlıq humanitar yardım edəcək.
Bu barədə ABŞ dövlət katibi Antoni Blinken açıqlama verib.
O bildirib ki, Livan və bölgədəki qarşıdurmalardan zərər çəkmiş əhaliyə dəstək olmaq üçün yeni humanitar yardım göndəriləcək:
“Biz köçkün mülki şəxslərə, qaçqınlara və onları qəbul edən icmalara dəstək vermək və onlara əsaslı yardım göstərmək öhdəliyi götürürük”.
Qeyd edək ki, Livan Səhiyyə Nazirliyi dünənki açıqlamasında İsrailin ötən il oktyabrın 8-dən bu yana ölkədə davam edən hücumlarında həyatını itirənlərin sayının 2 min 23-ə yüksəldiyini bildirib.