“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidentinə şiddətli töhmət verildi - Sərəncam
Cəmiyyət
1482
05 Oct 2024 | 15:03

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidentinə şiddətli töhmət verildi - Sərəncam

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
 
Moderator.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Sərəncam imzalayıb.
 
Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
Link kopyalandı!
Son xəbərlər