Bizi sosial şəbəkələrdən izləyin:
İran İsrailin mümkün zərbələrinə cavab olaraq ölkənin neft emalı zavodlarına və qaz yataqlarına zərbələr endirəcəyini açıqlayıb.
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələrinin komandanının müavini admiral Əli Fədəvi danışıb.
"İsrail səhv etsə, biz onların bütün enerji mənbələrinə, stansiyalarına, neft emalı zavodlarına və qaz yataqlarına zərbələr endirəcəyik", - deyə o qeyd edib.