Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə Minskdə Azərbaycan Ticarət Evində olub.
Moderator.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Hökumət başçılarına Azərbaycan Ticarət Evinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan şirkətlərinin istehsal etdiyi və Belarus bazarına çıxarılan müxtəlif növ məhsullarla tanış olublar.
Daha sonra Azərbaycanın Baş naziri Əli Əsədovun və Belarusun Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Azərbaycan Ticarət Evində Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib.
Tədbir çərçivəsində Kəlbəcər "İstisu" mineral su zavodu və Belarus Respublikasında "Azərbaycan Ticarət Evi" MMC arasında əməkdaşlıq qurmaq məqsədi ilə niyyət protokolu imzalanıb.
Əsas məqsəd "İstisu" mineral su zavodunun məhsullarının Belarusda təşviqi və satışını təmin etməkdir. "Azərbaycan Ticarət Evi" MMC məhsulların bazarda mövqeləndirilməsi, marketinq fəaliyyəti və Belarusun hüquqi tələblərinə uyğunluq sahəsində köməklik göstərəcək.