Ekskluziv
2860
04 Oct 2024 | 13:38

"Nədən İsrailə hava hücumlarını dəf etməkdə kömək göstərilir, amma Ukraynaya göstərilmir?" - Pentaqon

 
"Ukrayna özünü Rusiyanın zərbələrindən uğurla müdafiə edir, biz də bunun üçün zəruri dəstək göstərməkdə davam edəcəyik..."
 
Pentaqon spikerinin müavini Sabrina Sinqx Ukrayna və İsrailə qarşı hava hücumlarının dəf edilməsində müttəfiqlərin yardımı məsələsini şərh edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb.
 
Onun sözlərinə görə, "biz iki çox fərqli landşaft və döyüş meydanlarından danışırıq".
 
"Rusiya Ukraynaya soxulanda prezident Bayden Ukraynaya döyüş meydanında onu lazım olanlarla təmin etməyi tapşırıb. Onlar hava hücumundan müdafiə vasitələri və digər imkanlardan öz ərazilərini geri qaytarmaq üçün çox uğurla istifadə edir", - o, bəyan edib.
 
O, təsdiq edir ki, Bayden Birləşmiş Ştatların Ukraynaya hərbçilər göndərməyəcəyini, bu zaman ABŞ-ın ona öz ərazilərini geri qaytarmaq səylərində dəstək verəcəyi öhdəliklərini öz üzərinə götürüb.
 
Сабрина Сингх, Пентагон
 
Polşa və ya Rumıniya ərazilərindən hava hədəflərinin vurulması imkanı barədə suala cavanında Sinqx bəyan edib:
 
"Bu, o demək olardı ki, biz müharibəyə digər üsulla cəlb edilmişik. İndi isə biz hiss edirik ki, Ukrayna öz şəhərləri, əhalisi və infrastrukturunu Rusiyanın zərbələrindən uğurla müdafiə edir. Və biz bunun üçün zəruri dəstəyi göstərməkdə davam edəcəyik".
 
Müttəfiqlər tərəfindən hava hədəflərini vurmaq imkanı
 
Rusiyanı dronları və ya raketəri ilə NATO üzvü olan ölkələrin hava məkanının pozulacağı təqdirdə onların vurulması ilə bağlı qərarı milli hakimiyyət orqanları qəbul edir.
 
Bu barədə NATO-nun baş katibi Mark Rütte prezident Vladimir Zelenski ilə görüşündən sonra bəyan edib.
 
Rütte həmçinin vurğulayıb ki, Alyans üzrə müttəfiqlər bu vəziyyətlə bağlı məsləhətləşmələrini davam etdirəcək.
Link kopyalandı!
Son xəbərlər