Həsən Nəsrullahın dəfn mərasimi ciddi şəkildə məxfi saxlanılır
1689
04 Oct 2024 | 12:29

Həsən Nəsrullahın dəfn mərasimi ciddi şəkildə məxfi saxlanılır

 
"Bu, İsrailin vəziyyətdən istifadə edərək "Hizbullah"ın yerdə qalan yüksək vəzifəli şəxslərinin kütləvi şəkildə aradan götürə biləcəyindən ehtiyat edilməsi ilə bağlıdır..."
 
İranyönümlü "Sabereen News" informasiya agentliyi, habelə bir sıra ərəb KİV-lərinin məlumatına görə, "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın dəfn mərasimi cümə günü baş tutmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co.il" nəşri yazıb.
 
Lakin "Hizbullah"ın baş katibinin dəfn tarixi indiyədək mübahisələr və qeyri-müəyyənliklər predmeti olaraq qalır. "Hizbullah"ın özü Nəsrullahın dəfn mərasiminin cümə günü keçiriləcəyini rəsmən təkzib edib, lakin onun dəqiq tarixini açıqlamayıb.
 
Dəfn mərasimi mövzusu bütövlükdə ciddi məxfilik pərdəsilə örtülüb. Bu, İsrailin vəziyyətdən istifadə edərək dəfn mərasimində "Hizbullah"ın yerdə qalan yüksək vəzifəli şəxslərinin kütləvi şəkildə aradan götürə biləcəyindən ehtiyat edilməsi ilə bağlıdır.
 
Nəsrullah ötən cümə günü qətlə yetirilib, onun ölümü şənbə günü, baş katibin cəsədi dağıntılar altında aşkar edildikdən sonra təsdiq edilib. Mənbələr qeyd edib ki, cəsəd zədəli olmayıb, onun ölümünə səbəb isə güclü zərbə dalğası olub.
 
"Hizbullah"ın yaydığı bəyanatda liderin necə həlak olduğu xatırlanmayıb və dəfninin tarixi göstərilməyib. Livan hökuməti üç günlük matəm elan edib. Bundan sontra Nəsrullahın dəfninin bazar ertəsindən qeyri-müəyyən tarixə keçirilməsi elan edilib və indiyədək bu tarix təşkilatın hüdudlarından kənarda heç kimə bəlli deyil.
 
"Reuters" agentliyinin məlumatına görə, İranın Ali Dini lideri ayətüllah Əli Xamenei Nəsrullaha qətlindən bir neçə gün öncə xəbərdarlıq edib, indi də İsrailin Tehranda yüksək vəzifəli məmurların arasına daxil olacağından dərin narahatlıq keçirir.
 
Mənbələr iddia edir ki, sentyabrın 17-də peycerlərin partlamasından dərhal sonra Xamenei öz elçisini  göndərərək Nəsrullaha Livanı tərk edib İrana gəlməyə çağırış edib. Ayətüllah İsrail agentlərinin "Hizbullah"da olması və baş katibi aradan götürməyi planlaşdırmasını güman edən kəşfiyyatın hesabatlarına istinad edib.
 
Məlumatlı mənbələrin sözlərinə görə, Xameneinin elçisi SEPAH-ın yüksək vəzifəli komandanı general Abbas Nilforuşan olub, o da Nəsrullahla birlikdə bunkerdə olarkən İsrail bombalarının bunkerə düşməsi nəticəsində
qətlə yetirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər