Ekskluziv
1794
20 Sep 2024 | 21:21

"Rusiya ordusu cinayətkarlar bandasına çevrilib" - Rusiya Dövlət Dimasında kommunist deputatdan etiraz

"Rusiya hakimiyyəti qanunazidd hərəkətlərə görə cəzadan yayınmaq üçün leqal üsullar yaradıb və yaratmaqda davam edir..."
 
Rusiya ordusu "cinayətkarlardan ibarət hansısa Maxno dədənin bandasına" çevrilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının iclasında Kommunist Partiyasından olan deputat Renat Süleymanov bəyan edib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.
 
Onun sözlərinə görə, "buzim ordumuzun komplektləşdirilməsi prinsipi vətəndaşlıq borcu, fəxri vəzifədir", bunun əvəzinə "biz hansısa marginal elementləri toplayıb və bundan silahlı qüvvələr düzəltməyə cəhd edirik".
 
Süleymanov vurğulayıb ki, Rusiya hakimiyyəti qanunazidd hərəkətlərə görə cəzadan yayınmaq üçün leqal üsullar yaradıb və yaratmaqda davam edir.
 
"Və bəzi insanlar artıq bundan istifadə edir: cinayət törədir, müqavilə imzalayır, cinayət məsuliiyyətindən yan keçir", - deputat qeyd edib.
 
İclasda məhkum edilənlərə Ukraynada cəbhəyə yollanması müqabilində cinayət məsuliyyətindən yan keçmək hüququ verən qanun layihəsi müzakirə edilib. Süleymovun dəlillərinə rəğmən, bu sənəd ilkin oxunuşda əksəriyyət səs çoxluğu ilə qəbul edilib.
 
Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən tərtib edilən qanun layihəsi Rusiya parlamentinin aşağı palatasına avqust ayında təqdim edilib.
 
Mart ayında Dövlət Duması cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, habelə Müdafiə Nazirliyi ilə müqavilə bağlayanların məhkumluğunun götürülməsi barədə qanun qəbul edib. 
 
Bundan öncə koloniyalardan müharibəyə gedən məhkumlar yarımillik  müqavilə bağlayıb, sonradan Vladimir Putin tərəfindən əfv edilib.
 
Qeyd edək ki, Rusiya ordusu Ukraynada böyük itkilərə məruz qalır. Canlı qüvvə çatışmazlığından hərbi rəhbərlik hələ yazda prezidentdən səfərbərlik elan edilməsini xahiş edib, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Lakin Putin bundan imtina edib və bəyan edib ki, müharibədə yalnız könüllü müqavilə bağlayanlardan istifadə etmək istəyir. O zamandan cəbhədə vəziyyət Rusiyanın itkiləri nöqteyi-nəzərindən yalnız pisləşib.
Link kopyalandı!
Son xəbərlər