Bizi sosial şəbəkələrdən izləyin:
Hindistanın paytaxtı Dehlidə beşmərtəbəli yaşayış binasının uçması nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 14 nəfər yaralanıb.
Bu barədə “Hindustan Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, binanın ən azı 60 yaşı var.
Şəhər rəsmiləri bildiriblər ki, binaya sonuncu baxış zamanı onun təhlükəsiz olduğu müəyyən edilib.