Ekskluziv
1770
18 Sep 2024 | 16:20

"Ukraynanın azadlığı uğrunda mübarizəmi sonadək davam etdirəcəyəm" - Boris Conson 

 
"Putin kağız pələngidir, amma biz eskalasiya haqqında onun axmaq dəlilinə uymaqda davam edir, bu sayaqlamaya hələ də inanırıq..."
 
Qərb təcavüzkar ölkə olan Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putinin Ukraynaya Rusiyanın dərinliklərinə müttəfiqləri tərəfindən verilən silahdan zərbələr endirməsinə icazə veriləcəyi təqdirdə müharibənin eskalasiyası barədə bəyanatlarına uymamalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın sabiq baş naziri Boris Conson "gordonua.com" nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində bəyan edib.
 
Söhbət zamanı Qordon Consondan Qərbin Putinin qorxulu olmadığını və ondan çəkinməməyi anlayıb-anlamaması barədə soruşub və deyib ki, sadəcə, Qərbin köməyilə müharibəni bitirməyə imkan verən bütün zəruri olanları Ukraynaya vermək lazımdır.
 
"Putin kağız pələngidir, elə deyilmi?.."
 
"Çində deyildiyi kimi, Putin kağız pələngidir, elə deyilmi? Amma biz eskalasiya haqqında onun axmaq dəlilinə uymaqda davam edirik, hələ də bu sayaqlamaya inanırıq", - Conson deyib.
 
O, həmçinin qeyd edib ki, hər bir hal bunun əksini sübut edir. "Mən ilk dəfə olaraq Ukraynaya Belfastda düzəldilən NLAW tankəleyhinə yüngül silah verəndə, hamı hay-küy salıb: "Yox, bunu etmək olmaz, bu, eskalasiya demək olacaq. Biz Putini təhrik edəcəyik".
 
Sizi inandırıram ki, bunu onlar hətta 2022-ci il fevralın 24-də hərbi müdaxilədən öncə deyirdilər. DİN-dən olan adamlar bunun əleyhinə olub. Lakin biz onsuz da buna getdik və düz də etdik", - Conson bəyan edib.
 
O, həmçinin Ukraynaya "Challenger" tankları, "F-16" təyyarələri və ATACMS və "Storm Shadow" raketlərinin verilməsi zamanı da Putinin oxşar qorxulu ritorikasını xatırladıb. "Bura baxın, biz nə zaman bundan dərs alacağıq?" - Conson deyib.
 
"Biz Ukrayna ilə BMT-də yan-yana əyləşirik, tezliklə NATO-da çiyin-çiyinə olacağıq..."
 
"Britaniyalılar Ukrayna və ukraynalılara heyrandır. Bütün bunlar baş verəndə, bütün Böyük Britaniya boyunca bayraqlar qaldırılıb. İnsanlar Ukrayna bayrağı olan geyimlər geyinib. Ukrayna bayraqları mağazaların vitrinlərində asılıb. Bu bayraqlar hələ də qalır, heç nə dəyişməyib", - o, qeyd edib.
 
Conson Ukraynanın tezliklə NATO-nun üzvü olacağına əminliyini ifadə edib. "Böyük Britaniya Ukraynaya heyrandır. Ölkələrimizin adları iki eyni hərflə başlayır: UK, Ukraine. Biz BMT-də yan-yana əyləşirik, tezliklə NATO-da çiyin-çiyinə olacağıq: ABŞ, Böyük Britaniya və Ukrayna", - Conson deyib.
 
"Bunu eşitməyimə çox təəssüf edirəm..."
 
Conson Rusiya xüsusi xidmət orqanlarının Qordona qarşı sui-qəsd hazırladığı ilə bağlı təəssüfünü ifadə edib. O, qeyd edib ki, onun özünü də təcavüzkar ölkədə sevmirlər.
 
"Mənım öz təhlükəsizlik tədbirlərimi müzakirə etməyimə dəyməz. Mən Sizinlə bağlı xoşagəlməz olaylara çox təəssüf edirəm. Ümid edirəm ki, qaydasındasınız. Mənim üçün ən vacibi Ukrayna uğrunda təşviqatı davam etdirməkdir", - Conson deyib.
 
O, əlavə edib ki, Rusiya və dünya üçün ən yaxşı çıxış yolu Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putinin "nəhayət, dəhşətli və fəlakətli səhvə yol verdiyini anlaması və bunun Rusiya xalqına izah etmək üsulunu tapmasıdır".
 
"O, belə deyə bilər: "Xüsusi hərbi əməliyyat həddən artıq xüsusi hərbi əməliyyat olub. İndi isə hər şey bitib!" O, çıxış yolunu tapıb öz xalqına nəsə deməlidir. O, ictimai rəyə tam nəzarət edir. O, KİV-lərə nəzarət edir. 
 
Tamamilə aydındır ki, xalq onu dinləyib inanacaq. O, müharibəyə son qoymalıdır. Ukraynanın azad olacağına imkan verməlidir. "Mən isə bunun uğrunda sonadək mübarizə aparacağam", - Conson əlavə edib.
Link kopyalandı!
Son xəbərlər