Ekskluziv
1757
18 Sep 2024 | 15:00

"Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb" - Milli Təhlükəsizlik Xidməti

 
"Əməkdaşlığa cəlb edilənlər Rostov-Donda təlimlər keçib və Ermənistanda "Arbat" hərbi bazasında yerləşdirilib..."
 
Ermənistan Milli Təhlükəsizlik Xidməti respublikada hərbi çevriliş yolu ilə hakimiyyətin qəsb edilməsinə cəhdin qarşısını alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat verib. Məlumatı "rtvi.com" nəşri yayıb.
 
Məlumatda deyilir ki, Ermənistan vətəndaşı və keçmiş Dağlıq Qarabağdan olan yeddi nəfərə qarşı cinayət işi açılıb. Üç nəfər həbs edilib, qalanları axtarışa verilib.
 
Ermənistan İstintaq Komitəsinin versiyasına görə, ittiham edilənlər respublikanın bir neçə vətəndaşının hər birinə ayda 220 min rubl (4070 man. -red.) ödəyərək əməkdaşlığa cəlb edib. 
 
Onlar "yeni növ ağır silahlarla tanışlıq, onların tətbiq edilməsi vərdişlərinə yiyələnmək və Ermənistana qayltdıqdan sonra döyüş növbəsi aparmaq" adı altında Rostov-Dona üç aylıq hərbi toplantıya göndərilib. 
 
Əməkdaşlığa cəlb edilənlərin şəxsi keyfiyyətlərini, siyasi baxışlarını və Ermənistanın hüquq-mühafizə orqanları ilə əlaqəsini müəyyən etmək üçün onlar poliqrafın köməyilə yoxlanılıb, relizdə deyilir. 
 
Bundan sonra onlar "Arbat" hərbi bazasında yerləşdirilib, orada qapalı yerlərdə döyüş əməliyyatlarının aparılması üzrə məşqlər keçirilib, Ermənistan İstintaq Komitəsi iddia edib. Qrup iştirakçıları həmçinin elan edib ki, təlimlərin məqsədi Ermənistanın hazırkl hakimiyyətinin devrilməsi olub.
 
Əməkdaşlığa cəlb edilənlərin bəziləri dövlət çevrilişində iştirak etməkdən imtina edərək respublikaya qayıdıb. Qalanları öz niyyətlərini sonadək gerçəkləşdirənədək güc strukturları tərəfindən ifşa edilib.
 
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Azərbaycan keçmiş Dağlıq Qarabağda antiterror əməliyyat aparıb, nəticədə 2024-cü ildən tanınmayan "respublika"nın mövcudluğuna son qoyulub. Qarabağ erməniləri könüllü olaraq Ermənistana üz tutub.
Link kopyalandı!
Son xəbərlər