Ekskluziv
1568
17 Sep 2024 | 15:47

"Qərb üçün ən böyük risk diktator Putinin Ukraynada qələbəsi olacaq" - Stoltenberq

 
"Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün tam hüquqi və hərbi haqqı var..."
 
NATO baş katibi Rusiyaya zərbələrə qoyulan məhdudiyyətlərin götürülməsinə tərəfdar çıxıb
 
Ukraynaya Qərbin uzaqmənzilli raketlərilə Rusiya ərazisinə zərbələr üçün istifadə edilməsinə icazə verilməsi ayrı-ayrı ölkələrdən asılı olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq LBC nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "segodnya.novyny.live" nəşri yayıb.
 
"Bu qərarlar Alyansın ayrı-ayrı üzvləri tərəfindən qəbul edilməlidir. Amma bizim bu məsələ ilə bağlı sıx məsləhətləşmələrimiz vacibdir", - o, deyib.
 
Bu zaman NATO baş katibi vurğulayıb ki, müharibədə "risklərsiz variantlar olmur".
 
"Biz Avropada Moskvanın başlatdığı tammiqyaslı müharibənin şahidləriyik. Müharibədə risklərsiz variantlar olmur. Lakin mən belə hesab edirəm ki, bizim üçün ən böyük risk prezident Putinin Ukraynada qələbəsi olacaq", - Stoltenberq izah edib.
 
Rusiyaya zərbələrə icazə verilməsi - son xəbərlər
 
Ukrayna tərəfdaş ölkələrdən yardım qismində əldə etdiyi uzaqvuran silahlardan Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb ölkələrindən icazə gözləyir. 
 
Bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, hal-hazırda Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə yoxdur.
 
O, vurğulayıb ki, Ukrayna, sadəcə, Ukrayna ərazisinin bombardman edilməsi üçün istifadə edilən bazalara hücum etmək imkanına malik olmaq istəyir. 
 
Bundan öncə NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer bəyan edib ki, Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün tam hüquqi və hərbi haqqı vardır.
Link kopyalandı!
Son xəbərlər